Slimfit
  1. CƏMİYYƏT

"2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunur

"2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunur
Sakura

"2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunur.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Komitə sədri bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. O deyib ki, dünyada baş verən ümumi böhran fonunda, Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, Ümumi Daxili Məhsulun (ÜDM) artımına nail olunub, qarşıda duran hədəflərin icra olunması ilə bağlı müsbət nəticələr əldə edilib.

Tahir Mirkişili diqqətə çatdırıb ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub. O, neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırıldığını, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu deyərək, bu artımın da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərdiyini söyləyib.

Komitə sədri ölkədə 2022-ci ildə orta illik inflyasıyanın 13,9 faiz təşkil etdiyini, inflyasiya ilə mübarizə sahəsində Azərbaycanda bir çox zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bu istiqamətdə atılan addımların inflyasiyanın mənfi təsirlərinin azalmasına xidmət etdiyini deyib.

Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64.6 milyon manat həcmində icra edilib. O, icra göstəricilərinin yüksək olduğunu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından önəmli olduğunu qeyd edib, kəsirin 3,1 milyard manat planlaşdırıldığını, nəticədə isə 1 milyard 385 milyon manat ətrafında olduğunu deyib.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR