Slimfit
  1. DÜNYA

2021-ci ildə adi mobil telefonların satış həcmi 1 milyardı ötəcək

2021-ci ildə adi mobil telefonların satış həcmi 1 milyardı ötəcək
Sakura

2021-ci ildə adi mobil telefonların satış həcmi 1 milyardı ötəcək

Smartfon bazarından fərqli olaraq "feature phone" sinfinə (bir qayda olaraq düyməli interfeysə və “ağıllı” telefonlarla müqayisədə az sayda funksiyalar dəstinə malik mobil telefonlar) məxsus aparatların tədarük həcmi yüksəlməyə davam edir. “Counterpoint Research” şirkətinin analitikləri hesab edirlər ki, yaxın illərdə yüksəliş saxlanılacaq: 2019-cu ildə dünyada 400 milyondan çox adi mobil telefon satılacaq, 2021-ci ilədək isə bu göstərici 1 milyardı ötməlidir.
 
ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Hindistan, Yaxın Şərq və Afrika düyməli telefonlar bazarının əsas inkişaf regionları olacaq: 2019-cu ildə "feature phone" sinfinə məxsus qurğuların ümumi satış həcminin 75%-ni bu 3 region təmin edəcək.
 
“Counterpoint” şirkətinin qiymətləndirməsinə görə, 3 il ərzində düyməli aparatların satışından təxminən 16 milyard ABŞ dolları qazanılacaq.
 
"Feature phone" sinfinə məxsus qurğuların satışı üzrə  lider Hindistan hesab edilir, növbəti yerlərdə Banqladeş və Nigeriya qərarlaşıblar.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR