2021-ci ildə 300 milyon "Wi-Fi 6E" standartını dəstəkləyən qurğu tədarük ediləcək
"Wi-Fi 6E" simsiz rabitə standartını dəstəkləyən avadanlıqların tədarük həcmi sürətlə artacaq. Bu barədə "DigiTimes" resursunun sahə üzrə icmalçılardan əldə etdiyi informasiyaya istinadən məlumatında deyilir.
Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda "Wi-Fi" şəbəkələri 2,4 və 5 QHs tezlik diapazonlarından istifadə edir. "Wi-Fi 6E" standartı lisenziyalaşdırılmamış istifadə üçün daha bir - 6 QHs diapazonunun ayrılmasını nəzərdə tutur.
Məlumata görə, "Wi-Fi 6E" texnologiyası çox yüklənmiş yerlərdə yüksək məhsuldarlığın təmini üçün hazırlanıb. İlkin testlərə görə, məlumatların ötürülmə sürəti yubanma səviyyəsi 2 milli saniyə olmaqla 2 Qbit/saniyəyə çata bilər.
Analitiklərin proqnozlarına görə, 2021-ci ildə "Wi-Fi 6E" dəstəkli qlobal qurğular bazarının həcmi 310-320 milyon ədəd təşkil edəcək. İlk belə qurğunun bu ilin sonunda yaradılacağı gözlənilir.
Yeni nəsil "Wi-Fi" qurğuları üçün prosessorların yaradılması üzərində "NXP Semiconductor", "Qualcomm", "Broadcom" və "Qorvo" kimi şirkətlər çalışır. Bundan başqa, "Wi-Fi 6E" standartının tətbiqi ilə "MediaTek", "Realtek Semiconductors" və "RichWave" şirkətləri məşğul olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət