Slimfit
  1. GÜNDƏM

2020-ci ilin sonunadək 40 milyona yaxın insan virusun qurbanı ola bilər

2020-ci ilin sonunadək 40 milyona yaxın insan virusun qurbanı ola bilər
Sakura

Koronavirus epidemiyası ilə bağlı ən pis ssenari: 2020-ci ilin sonunadək 40 milyona yaxın insan virusun…

London İmperial Kollecinin (İngiltərə) bildirdiyinə görə, COVID-19 pandemiyası, xəstəliyin yayılmasının qarşısını alan profilaktik tədbirlər olmasa, 2020-ci ilin sonuna qədər 40 milyon insanın ölümünə səbəb ola bilər.

Bütün təhlükəsizlik tədbirlərinə məhəl qoyulmayacağı təqdirdə koronavirus epidemiyasının daha da inkişafına və yeddi milyard insana yoluxmasına səbəb olacağı istisna edilmir. Kontaktların sayı uşaqlar, gənclər və böyüklər üçün 40 faiz, yaşlı insanlar üçün 60 faiz azaldıla bilsə, bu say iki dəfə azalacaq.

Tədqiqat göstərir ki, yoxsul ölkələr inkişaf etmiş ölkələrə nisbətən daha çox insan itirəcək. Qeyd olunan ali məktəbin yayımladığı press-relizdə COVID-19 probleminin Yer kürəsindəki bütün ölkələr üçün ortaq olduğu vurğulanır.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR