Dərc edildi: Baxış sayı: 386
2019-da orta aylıq əməkhaqqı 641,7 manata yüksələ bilər
Əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 milyard manata qədər artacağı və orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 10,7 faiz artaraq 641,7 manat olacağı proqnozlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan 2019-cu il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə əsasən 2019-cu ildə ÜDM-in real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9 faiz olmaqla 50,5 milyard manat təşkil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət