Slimfit
  1. MƏDƏNİYYƏT

2019-cu ilin çanta trendləri

2019-cu ilin çanta trendləri
Sakura

2019-cu ilin çanta trendləri

2019-cu ilin dəb cərəyanları artıq yavaş-yavaş formalaşmağa başlayıb. Bu ilin menyusunda olduqca maraqlı, cəlbedici, iştah açan və obrazları rövqləndirən seçimlər mövcuddur. Xüsusilə çanta tendensiyaları uzun illərdən bəri qadınların diqqətini və rəğbətini daha çox qazanır. Nə qədər çanta alsaq da, yenilərinə heç bir halda “yox” deyə bilmirik.

Publika.az bildirir ki, 2019-cu ilin çanta trendlərini nəzərdən keçirməyə dəyər. Görək fantaziyaları yerə-göyə sığmayan dizaynerlər bu il bizi hansı xariqələrlə sevindirib.

Çanta-boyunbağı

Gəlin kiçik ölçülərdən başlayaq... Miniatür çantalar 2019-cu ildə xanımlar üçün sadəcə lazımlı əşya rolunu, həm də bəzək funksiyasını yerinə yetirəcək. Belə çantaların ideal istifadə yolu boyundan asmaqdır. Beləliklə əllər sərbəst qalır.

Zəncirli top çantalar

Standart klatçları müvəqqəti olaraq unudun. Bu il dəbdə olan həndəsi fiqurlu çantalar sizə hansısa əlinizdə sənət əsəri tutduğunuz hissi yaradacaq.

Torba çantalar

Bütün əşyaların rahatlıqla yerləşdiyi torba çantalar dizayndan çox funksionallığı ön plana çəkir. İlin trendi olan torba modellər sizin üçün ən əlverişli çanta olacaq. Xüsusilə çiçək naxışlı versiyalar obrazın əyləncəli xilaskarı rolunda çıxış edəcək.

Tüklü çantalar

Tüklərin moda dünyasında yeri danılmazdır. Tüklü çantalar həm gündüz, həm də gecə dəstləri ilə eyni dərəcədə uzlaşan effektiv aksessuardır.

Bağlar və ya iplər

2019-cu ildə modapərəstləri ən çox heyran edən trend ayaqqabı bağları ilə bəzədilmiş çanta modelləri idi. Dizaynerlər bu çantaları yaradarkən krosovka və digər idman geyimlərindən ilhamlanıb.

Klipsli çantalar

Nənələrimizim çox sevdiyi klassik və vintaj ruhlu klipsli pul kisələri bu il yeni həyat qazanıb. Klipislərin həm kiçik, həm də böyük ölçülü versiyaları dəbdədir.

Şəffaf çantalar

Müasir dəb imkan verir ki, qadınlar şəffaflığı çantalar vasitəsilə nümayiş etdirsin. Şüşə kimi şəffaf çantalar 2019-cu ilin ən populyar çantaları olmağa davam edəcək. Belə çantalar azad düşüncəli və özünəinamlı xanımların seçimləri arasında liderdir.

Həcmli çanta modelləri

Dizaynerlər böyük ölçülü, həcmli çantalara üstünlük verən insanları da nəzərə alıb. Lakin əvvəlkilərdən fərqli olaraq indi həcmli çantaları çiyindən asmaq deyil, əldə saxlamaq dəbdir.

İkili çantalar

Cüt çantalar bu il trenddir. Birində idman ləvazimatlarını, digərində isə şəxsi əşyaları yerləşdirmək lazım olduğunu düşünsək, bu, dövrün zərurətidir. Artıq son bir neçə ildə bu zərurət trendə çevrildi və lüks moda evlərinin çanta dizayn kodlarını yenidən yazmasına səbəb oldu.

XXL

Böyük, hətta paraşüt böyüklüyündə çantalar taxmağa hazır olun! Onları istifadə etmək üçün qol məşqləri tələb oluna bilər.

Klassik istək obyekti

Klassik və orijinal çantalara tələbat yüksəldikcə dizaynerlər moda evlərinin arxivlərini araşdırmağa başlayıb. Yenidən işlənməsinə baxmayaraq, vintaj çantalar 2019-cu ilin çanta trendləri arasında ən çox arzulanan modelləri əhatə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR