Dərc edildi: Baxış sayı: 533
2019-cu ildə 386 bina qazla təmin olunub
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il ərzində 386 yaşayış binası üzrə 26630 mənzil, dekabr ayında isə 81 yaşayış binası üzrə 4536 mənzil təbii qazla təmin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət