Slimfit
  1. AZƏRBAYCAN

2019-cu il Qarabağın həllində kulminasiya olacaq

2019-cu il Qarabağın həllində kulminasiya olacaq
Sakura

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində kulminasiya nöqtəsi olmalıdır

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində kulminasiya nöqtəsi olmalıdır.

Bu sözləri Axar.az-a Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Prezident İlham Əliyevlə görüşündə Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, tək Lavrovun bəyanatları ilə Dağlıq Qarabağ münaqişəsi həll olunmur:

“Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə məhz Ermənistanda son hakimiyyət dəyişikliyi, uzun müddət hakimiyyətdə təmsil olunan Qarabağ klanın hakimiyyətdən uzaqlaşdırılması və digər istiqamətdə gedən bütün prosesləri izləyir və analiz edir. Ona görə də ölkə başçısı Lavrovla görüşündə bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib. Bununla da Lavrova bu istiqamətdə öz fikirlərini çatdırıb. ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdən məhz Rusiya problemin həllində açar fiqurdur. Rusiya regional təhlükəsizliyə təhdidin qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmasında maraqlı olmalıdır. Əks halda onun mövqeyi başadüşülən deyil. Digər tərəfdən Rusiyanın forpostu olan Ermənistanda proseslərin hansı istiqamətə getdiyini də söyləmək çətindir”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Paşinyan hakimiyyəti üçün də mühüm məsələdir:

“Son vaxtlar Qərbə tərəf yönəlmələr Rusiyadan alınan köməyin azalmasına gətirib çıxara bilər. Düşünürəm ki, Azərbaycan Prezidentinin Qarabağ münaqişəsi ilə bağlı son çıxışı məsələnin mahiyyətini tam ortaya qoyur. Lavrovun Rusiyanın bu münaqişə ilə bundan sonra da ciddi məşğul olacağı ilə bağlı söz verməsi çox normal anonsdur. Lakin tam şəkildə inandırıcı görünmür ki, Rusiya birmənalı şəkildə bu problemin həllini başa çatdıracaq. Bu gün Azərbaycan dövləti istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən gücləndiyi üçün məhz bu problemin həllində özü irəli gedir. Rusiya da bunu hiss edir və düşünürəm ki, problemin həlli istiqamətində müsbət addımların zamanıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR