Slimfit
  1. SİYASƏT

2019-cu il Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu - Sevinc Fətəliyeva

2019-cu il Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu - Sevinc Fətəliyeva
Sakura

2019-cu il Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu - Sevinc Fətəliyeva

Yola saldığımız 2019-cu il bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də mühüm uğurlarla yadda qaldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, yola saldığımız ilin vacib hadisələri barədə danışarkən Azərbaycanın uğurla ev sahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünü xüsusi qeyd etmək yerinə düşərdi: “Bu Zirvə görüşünə ev sahibliyi etməklə Azərbaycan Türkdilli dövlətləri arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə vermiş oldu.

Digər tərəfdən, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi təkcə ölkəmizin tarixində deyil, bütün dünyanın siyasi həyatında vacib hadisəyə çevrildi. Azərbaycan üçün bu tədbir ən azı ona görə əhəmiyyətli idi ki, Azərbaycanın 2019-2022-ci illər üçün bu nüfuzlu beynəlxalq strukturda sədrliyə başlaması ilə səciyyələnirdi. Bütün dünyaya isə bu hadisə Qoşulmama Hərəkatına üzv ölkələrin qlobal siyasətdə ikili standartlar siyasətinə qarşı və beynəlxalq hüququn aliliyi naminə mübarizə aparmaq potensialını bir daha nümayiş etdirdi.

Eyni zamanda, ötən il Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirildi, sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi”.

Deputat vurğulayıb ki, 2019-cu il xarici səfərlər baxımından da zəngin bir il oldu: “İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etdi, Azərbaycan Prezidentinin qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri keçirildi.

S.Fətəliyeva əlavə edib ki, ötən bir il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib: “Bu baxımdan, xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımız tam təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir il də Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR