2018-ci ilin ən yüksək göydələnləri
Yüksək binalar və şəhər mühiti üzrə şura 2018-ci ildə istismara verilmiş göydələnlərin siyahısını dərc edib. Çin 88 göydələnlə liderlik edir. Rusiya bu siyahıya düşməyib, amma bu ildə 462 metr yüksəkliyə malik “Laxta mərkəzi” ilə ona rəhbərlik etmək şansı var.
- Suning Plaza Tower 1
Çjençzyan, Çin
75 mərtəbə, 338 metr
Asiya reytinqin şübhəsiz lideridir. Ötən il bütün göydələnlərin dörddə üçü məhz asiya şəhərlərində istismara verilmişdir. Suning Plaza Tower 1-in 75 mərtəbəsində otel və ofis yerləri var.
- One Shenzhen Bay Tower 7
Şençjen, Çin
71 mərtəbə, 341 metr
300 metrdən yüksəkliyə malik binalar ultrayüksək hesab olunurlar. 2018-ci ildə 18 belə nəhəng göydələn istismara verilmişdir. Onlardan biri çin göydələni One Shenzhen Bay Tower 7-dir. Maraqlıdır ki, binanı meliorasiya olunmuş torpaq üzərində inşa ediblər.
- Comcast Technology Center
Filadelfiya, ABŞ
59 mərtəbə, 342 metr
Cəmi bir amerika göydələni ilin ən yüksək 10 binası siyahısına düşüb - bu Filadelfiyadakı Comcast Technology Center biznes mərkəzidir. Yeri gəlmişkən, bu qala ən hündür ABŞ göydələnləri arasında 10-cu yeri tutur.
- Four Seasons Place
Kuala Lumpur, Malayziya
65 mərtəbə, 343 metr (şəkildə sağda)
Kuala Lumpurdakı yeni göydələnin 65 mərtəbəsində beşulduzlu Four Seasons oteli, mənzillər və nəhəng ticarət mərkəzi yerləşir. Bina bütün dünya göydələnləri arasında 55-ci, Asiyadakı ən yüksək binalar arasında isə 30-cu yeri tutur.
- Hanking Center Tower
Şençjen, Çin
73 mərtəbə, 350 metr
Başqa bir göydələn 2018-ci ildə Shenzhen Çin şəhərində ortaya çıxdı - bu Hanking Center Tower qalasıdır.
- Nanning Logan Century 1
Nannin, Çin
82 mərtəbə, 381 metr
Çinin cənub-qərbindəki Nannin şəhərində keçən il açılan çiçək formasında qala istismara verilmişdir.
- China Resources Tower
Şençjen, Çin
67 mərtəbə, 393 metr
Turistlər və şəhərin sakinləri artıq China Resources Tower baxış meydanını qiymətləndiriblər - göydələnin 67-ci mərtəbəsindən şəhər ovucunun içi kimi görünür.
- Changsha IFS Tower T1
Çanşa, Çin
94 mərtəbə, 452 metr
Reytinqin liderliyinin üçüncülüyünü çin qalası IFS Tower T1 açır.
- Vincom Landmark
Hoşimin, Vyetnam
81 mərtəbə, 461 metr
İkinci yeri Hoşimin şəhərində yerləşən vyetnam göydələni Vincom Landmark tutub.
- Citic Tower
Pekin,Çin
108 mərtəbə, 528 metr
Reytinqin lideri və ilin ən yüksək yekunlaşmış göydələni Pekindəki 108 mərtəbəli CITIC Tower oldu. Amma planetin ən yükək binası Dubaydakı “Bürc Xəlifə” olaraq qalır - onun yüksəkliyi 828 metrdir.
Mənbə: Bfm.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət