Slimfit
  1. ELM

2018-ci ilin ən faydalı 10 elmi kəşfi

2018-ci ilin ən faydalı 10 elmi kəşfi
Sakura

2018-ci ilin ən faydalı 10 elmi kəşfi

2018-ci ilin ən yaxşı 10 elmi və texnoloji kəşfi elektronika, kimya, tibb, biologiya, fizika, robot və süni zəka sahələrində reallaşdırılıb.

Ens.az FaktXəbər-ə istinadən sizə həmin kəşfləri təqdim edir.

Atom qalınlığında yaddaş qurğusu

Austin Texas Universiteti ilə Pekin Universiteti araşdırmaçıları bir atom qalınlığında yaddaş qurğusu yaratmaları 2018-in ən əsas kəşflərindəndir.

Daha əvvəl aparılan işlərin müvəffəqiyyətsizliklə nəticələnməsi və alınmayacağı düşünülən cihazın hazırlandığı barədə məlumatı Texas Universiteti Elektrik və Kompüter Mühəndisliyi fakültəsinin professoru Deji Akinvande açıqlayıb.

Yaddaşı olan müqavimətlərə "memristor" deyildiyi üçün bir atom qalınlığındakı cihaza "atomister" adı verilib. Atomister sayəsində yaddaş cihazları və tranzistorların ayrı komponentlər olmasına ehtiyac olmayacağı, kompüter və telefonların ölçüsü kiçik olsa da, yaddaşlarının artacağı açıqlanıb.

Araşdırma "Nano Letters" jurnalında dərc edilib.

Dərmanları yalnız xəstə hüceyrələrə daşıyan hidrogel

ABŞ-dakı Corc Vaşinqton Universitetinin Kimya Mühəndisliyi Fakültəsinin dosenti Kole DeForest dərmanları sağlam hüceyrələrə zərər vermədən şiş hüceyrələrinə çatdıran biomaddə hazırlayıb.

DeForest dərmanların sağlam hüceyrələrə zərər verməsinin qarşısını almaq üçün "hidrogel" adlandırılan maddəni proqramlaşdırdıqlarını deyib. Hidrogellərin 90 faizinin su, qalan hissələrinin isə biopolimer olduğunu söyləyən DeForest, müalicə üçün lazım olan dərmanı hidrogelin içinə yerləşdirdiklərini vurğulayıb.

Araşdırmaçılar xəstə hüceyrələrin ətrafındakı fizioloji şərtlərin sağlam bölgələrdən fərqli olmasından faydalandıqlarını deyiblər.

Belə ki, xəstə hüceyrələrin ətrafındakı şərtlərə görə proqramlaşdırılan hidrogel yalnız o şərtlərin olduğu bölgəyə çatdıqa parçalanıb dərmanı buraxır. 

Araşdırma "Nature Chemistry" jurnalında dərc edilib.

Laboratoriyada hazırlanan ağ ciyər donuza qoylub

Qalveston Texas Universitetinin tibb professoru Coan Elizabet Nikols donuzları laboratoriyada hazırladıqları ağ ciyərlər ilə yaşatdıqlarını bildirib.

Araşdırmaçılar nəql ediləcək donuzun ağ ciyərinin sol hissəsini çıxararaq yerinə laboratoriyada hazırladıqları ağ ciyər hissəsini nəql ediblər.

Donuza qoyulan ağ ciyər hissəsində iki həftə ərzində qan damarlarının yarandığı vurğulanıb. Ümumilikdə 4 donuza nəql edilən və 2 həftə fasilələrlə çıxarılıb araşdırılan ağciyər hissələrinin 2 ay ərzində heç bir mənfi dəyişikliyə məruz qalmayaraq inkişafa davam etdiyini deyən alimlər, insan üzərində təcrübələrə 10 il ərzində başlayacaqlarını döyləyiblər.

Araşdırma "Science Translational Medicine" jurnalında dərc edilib.

Milyonlarla il əvvəlki ferment yenidən yaradıldı

Queensland Universitetinin Kimya və Molekulyar Biologiya Fakültəsinin professorlarından olan Elizabet Gillam dərman sənayesində istifadə edilən kimyəvi maddələrin daş dövrü fermentləriylə çox ucuz başa gələcəyini deyərək, 450 min il əvvəlki fermentlərin yüksək istilikdə aktiv olduğunu açıqlayıb.

Gillam dünyanın səth temperaturunun 60 dərəcə olduğu halda, fermentlərin xarab olmadan yaşadığına diqqət çəkərək, fermentlərin zaman keçdikcə təkamülləşərək aşağı istiliyə uyğunlaşdığını və yüksək temperaturda aktiv olmaq xüsusiyyətlərini itirdiklərini qeyd edib.

Milyonlarla il əvvəlki fermentlərin genlərini əldə etdiklərini və vaxt ötükcə necə təkamülləşdiyini söyləyən Gillam, daha sonra eyni geni yaradaraq bir bakteriyaya yerləşdirdiklərini açıqlayıb.

Gillam yenidən əldə etdikləri fermentin yüksək temperaturda xarab olmadığını və günümüzdəkilərdən 100 qat daha uzun müddət aktivliyini qoruduğunu deyib. 

Araşdırma "Nature Catalysis" jurnalında dərc edilib.

Ağır işlər görən ilk robot

Yaponiyada Milli Yüksək Elm və Texnologiya Təşkilatı insan kimi tamamilə müstəqil hərəkət edən və ağır işləri görən "HRP-5P" robotu hazırladıqlarını mətbuata açıqlayıb.

Robot 12 kiloqramlıq gips panelləri anbardan götürüb tikilən divara quraşdırmağı bacarıb. Daşıdığı yükün ağırlığına görə qol və qıçlarının bucağını nizamlaya bildiyi üçün yıxılmayan və ətrafdakı obyektlərə toxunmadan hərəkət edə bilən robot hazırlanan texnologiyalar İspaniyadakı Beynəlxalq Ağıllı Robotlar Konfransında təqdim edilib.

Bundan əlavə, gəmi və təyyarə quraşdıracaq robotların hazırlandığı açıqlanıb.

Beyindəki neyronları araşdırmaq üçün yeni üsul

İsveçrənin EPFL Biofotonik Laboratoriyasında işləyən dosent Silviya Roke beyindəki neyronları araşdırmaq üçün yeni üsul hazırlayıb.

Roke bir-birinə elektro-kimyəvi siqnallar göndərərək xəbərləşən neyronların hüceyrə daxilində və xaricində yaratdığı gərginlik fərqindəki (membran potensialı) dəyişmələri su molekullarının hərəkətlərini araşdıraraq ortaya çıxardıqlarını açıqlayıb.

Bu üsulun xəstələr üçün risk yaratmadığını vurğulayan Roke, istifadə etdikləri üsulda neyronları əhatə edən su molekullarının lazer siqnallarının təsiriylə fərqli tezliklərdə fotonlar yaratmasından faydalandıqlarını deyib.

Araşdırma "Nature Communications" jurnalında dərc edilib.

Uzunömürlü batareya

Kaliforniya Texnologiya İnstitutu Kimya Fakültəsinin professoru Robert Qrubbs NASA və Hondanın araşdırmaçılarıyla birlikdə uzunömürlü batareya hazırlayıb.

Litiumdan ibarət müsbət yüklü ion batareyaları mənfi yüklü fluorid batareyaların əvəzləyəcəyini deyən Qrubbs, hazırladıqları fluorid batareyalarıyla telefon və notbukların həftələrlə enerjiyə qoşulmadan istifadə etməyin mümkün olacağını bildirib.

Qrubbs lazımi gərginlik verməsi üçün yüksək temperaturda saxlanılması lazım olan fluorid batareyalarını otaq istiliyində işlətməyi bacardıqlarını qeyd edib.

Araşdırma "Science" jurnalında dərc edilib.

Bədənə taxılan və şəkər ölçən cihaz

Vaşinqtonun State Universitetinin Texnologiya Fakültəsinin dosenti Dr.Arda Gözen ilk dəfə olaraq qanda şəkəri ölçən və bədənə taxılan qurğunu 3D printerdə çıxarıb.

Sistemin 3D texnologiyasıyla istehsal edildiyi üçün hər xəstəyə xüsusi cihaz hazırlana biləcəyini deyən Gözen, yeni sistemin xərcinin aşağı, zərərli tullantı miqdarının movcudlardan az olacağını açıqlayıb.

Gözen sistemin movcud olan cihazlardan daha həssas ölçmə apardığını və uşaq xəstələr üçün çox faydalı olacağını qeyd edib. 

Araşdırma "Analytica Chimica Acda" jurnalında dərc edilib.

Şüşə linza əvəzi metalinza

Harvard Universitetinin Tətbiqli Fizika Fakültəsinin professoru Federiko Kapasso şüşə linzaların yerini, nanotexnologiya ilə hazırladıqları "metalinza" adlandırılan məhsulun alacağını açıqlayıb. Kapasso çox kiçik olan metalinza ilə işığı yaradan fərqli ölçülərdəki şüaların hamısının bir nöqtəyə fokuslana bildiyini deyib.

Metalinza sayəsində kameraların ölçüləri kiçilib, xərcləri azalacaq. 

Araşdırma "Nature Nanotechnology" jurnalında dərc edilib.

Sualları insan kimi cavablandıran süni intellekt

"Microsoft Research Asia" adlı araşdırma mərkəzində Stanford Universiteti tərəfindən 100 min sual arasından seçilən "SQuAD" adlı oxuma-anlama imtahanını müvəffəqiyyətlə başa vuran süni untellektə sahib olan texnologiya hazırlanıb.

Süni intellekt proqramı soruşulan sualları normal insan səviyyəsində cavablandırıb. İmtahanı cavablandıran insanların göstəricisi orta hesabla 82,304 olduğu halda, süni intellektdə bu rəqəm 82,650 bal olub.

Microsoft tərəfindən süni intellektin hələ insan zəkası səviyyəsinə çatmaqdan uzaq, ancaq inkişaf etdirilən texnologiyada əhəmiyyətli addım olduğu açıqlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR