Slimfit
  1. İQTİSADİYYAT

2018-ci ildə qeyri-neft sektoru üzrə 1 milyard 689 milyon ABŞ dolları dəyərində mal ixrac olunub

2018-ci ildə qeyri-neft sektoru üzrə 1 milyard 689 milyon ABŞ dolları dəyərində mal ixrac olunub
Sakura

2018-ci ildə qeyri-neft sektoru üzrə 1 milyard 689 milyon ABŞ dolları dəyərində mal ixrac olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyonABŞ dolları təşkil edib. 2017-cı illə müqayisədə 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 151 milyon ABŞ dolları və ya 10 faiz  artıb. Ötən il ərzində Rusiyaya619,2 milyon, Türkiyəyə 344,9  milyon, İsveçrəyə 135,4 milyon Gürcüstana124,5  milyon və Qazaxıstana 44,6  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. 2017-ci illə müqayisədə 2018-ci il ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 18%, İsveçrəyə 1%, Qazaxıstana 36% artmış, İsveçrəyə 6%, Gürcüstana isə 10% azalıb.

2018-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (114,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb. 

Ümumiyyətlə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində meyvə-tərəvəz ixracı 560 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon,  qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 milyon, pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon ABŞ dolları təşkil edib.  2017-ci illə müqayisədə 2018-ci ildə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz artıb.

2018-ci ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon ABŞ dolları təşkil edib. Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına  Rusiya (63,8  milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (23,6 milyon ABŞ dolları), İsveçrənin (12,2milyon ABŞ dolları), Gürcüstanın (7,4  milyon ABŞ dolları), İranın (5,4 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Pomidor (15,2 milyon ABŞ dolları)  ilə fındıq ləpəsi (13,4 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.

 “İxrac İcmalı”nın yanvar sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar:

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,

"MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Sun Food” MMC, "TST Export" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC.

            Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:

"Det-al Alüminium" MMC,

"Azərenerji" ATSC, "Azergold" QSC, "SOCAR Methanol" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan  MR Dövlət Energetika Xidməti.

 “İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 25,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

 

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2018-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2017-ci illə müqayisədə 2018-ci ildə “Azərkosmos” ASC-nin xidmət ixracı 12 faiz artıb.

 “Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

 Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də dinamik artım müşahidə edilib. Belə ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  1278,4  milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat və ya 25 faiz artıb.

Ötən ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 82,9 milyon manat təşkil edib və 2017-ci ilin dekabr ayı ilə müqayisədə 6 faiz artıb.

 “İxrac İcmalı”nda göstərilib ki, 2018-ci ildə Azexport.az portalına 514  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2017-ci illə  müqayisədə 2018-ci ildə Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. 2018-ci ilin dekabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 35,1 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 dekabr tarixinə kimi (24 ay ərzində) Azexport.az portalına dünyanın 115 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 989,1 milyon ABŞ dolları təşkil edib.

İcmalın yanvar sayında Azexport.az portalı vasitəsi ilə təqdim olunan Sərbəst Satış Sertifikatının Azərbaycan şirkətlərinin yeni bazarlara çıxış imkanlarını artırması barədə də geniş məlumat verilib.

Həmçinin “İxrac İcmalı”nda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 8 milyon ABŞ dolları olub.

İcmalın bu sayında Azərbaycandan Almaniyaya 200 ton orqanik fındıq ləpəsinin ixrac olunması ilə bağlı məlumatda əksini tapıb.

  Həmçinin “İxrac İcmalı”nın yanvar sayında Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də nümayiş olunması, Dubayda “Azərbaycan Ticarət Evi”nin açılması, 2019-cu ilin ilk ixrac missiyasının Çinə təşkil olunması və s. məsələlər barədə də məlumatlar verilib.

 “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR