Slimfit
  1. İQTİSADİYYAT

2018-ci ildə dünya iqtisadiyyatı: Qeydlər və çətinliklər

2018-ci ildə dünya iqtisadiyyatı: Qeydlər və çətinliklər
Sakura

2018-ci ildə dünya iqtisadiyyatı: Qeydlər və çətinliklər

Fins.az 2018-ci il ərzində dünya iqtisadiyyatında müşahidə olunan inkşaf meyilləri,parçalanmalar, zəifləmələr, geosiyasi fikir ayrılıqlarının gətirib çıxardığı iqtisadi itkilər,rəqəmsal valyutanın dünya iqtisadi gündəmindəki yeri və bu kimi qlobal maliyyə dəyişikliklərini sizin üçün sıralayıb.2018-ci il qlobal iqtisadiyyatın dayanıqlılığının sınağı ili oldu. 2018 il  ərzində dünyanın ticarət müharibələri, fond, valyuta və rəqəmsal bazarlarda ani yüksəliş və enişlər, Avropa Birliyinə qarşı anti-Avropa meyillərinin çoxması neft qiymətlərində rekord  sıçrayışlarla müşaət olunub.İqtisadi sahədə gözlənilməz dəyişikliklər baş verib.ABŞ və Şimali Koreya arasında münasibətlərin istiləşməsi və bir çox ölkələrin dollardan imtina ilə bağlı müəyyən tədbirlər həyata keçirməsi kimi dəyişiklikləri 2018-ci ilin ən əhəmiyyətli iqtisadi hadisələri kimi qiymətləndirmək olar. Qlobal iqtisadiyyat üçün, 2018 yeni  ciddi çətinliklərlə yadda qalıb. Qlobal Ümumi Daxili Məhsulun həcmində artım ötən ilki qiymətlərlə demək olar ki, eynidir, ekspertlər tərəfindən nəzərdə tutulan bəzi risklər əlbəttdə ki,iqtisadi göstəricilərdə öz əksini tapdı. İlin əvvəlində dünya iqtisadiyyatına və maliyyə bazarlarında ani eniş və qalxmalara səbəb olan  geosiyasi gərginliyin əhəmiyyətli dərəcədə azaldılması da diqqət cəlb edən hadisələrdəndir.

Tariflərin döyüşü

 

İlin əvvəlində dünya iqtisadiyyatına və maliyyə bazarlarını hərəkətə gətirən  geosiyasi gərginliyin əhəmiyyətli dərəcədə  gərgin olması müşahidə olunub.Şimali Koreyanın ABŞ və Cənubi  Koreya  ilə əlaqələrinin istiləşməsi  əsas təsiredici amil kimi göstərilir.  Lakinticari münasibətlərin qorunması, inkşaf etməkdə olan bazarlardan kapital axının artması Avropa İttifaqının dağılması ilə bağlı  şübhələrin güclənməsinə gətirib çıxarıb.Mövcud vəziyyətdə qlobal Ümumi Daxili Məhsulun artımın zəifləməsi  ilə bağlı ciddi narahatlıq yaranıb.İlin əvvəlində ABŞ-la Çinin ticarət mübahisəsi fonunda hər iki ölkənin vergilərlə bağlı tətbiq etdiyi sistem qlobal iqtisadiyyatın tələblərini dəyişdirib. Bu vergilər ilk növbədə qlobal tələbatların səviyyəsinə təsir göstərib.İlin əvvəlində ABŞ Çini qeyri qanuni olaraq texnologiyalar və  əqli mülkiyyət qaçaqmalçılığında günahlandırdı. Ağ Ev rəhbərliyi, Çinin bu  addımını 375 milyard dollarlıq vergi fırıldağı kimi qiymətləndirirdi. May ayında ABŞ və Çin rəsmiləri ölkələr arasında ticari münaqişənin sülh yolu ilə həll olunması qərarına gəldilər.Lakin ilin sonlarına yaxın müddətdə Amerika tərəfi genişmiqyaslı ticari müharibəyə başlayırmış kimi  Çinin Birləşmiş Ştatlara  ixrac etdiyi məhsullara 25% -lik vergi tətbiq etmək qərarı qəbul edib.Çin buna cavab olaraq  ABŞ-ın 60 milyard dollarlıq idxalatına görə  tarifləri 5%-dən 10% qaldırdı.Rəsmi Pekinin bu cavab addımından sonra rəsmi Vaşinqton Çindən idxal olunan bütün məhsullar üzrə gömrük tariflərinə irihəcmli artımlar tətbiq etməklə təhtid etdi.Qeyd edək ki,noyabr ayında dünyanın ən böyük iqtisadi sammitində görüşlər ABŞ və Çin  bir-birlərini təhtid etməklə müşaət olunurdu nəticədə forumun sonunda iştrakçılar bəyamnamə imzaladılar.Eyni zamanada dekabrın əvvəlində Argentinada rəsmi Vaşinqton və Pekin G20 zirvəsində gözlənilmədən razılıq əldə edərək ,2019-cu ildə 90 gün ərzində ticari razılaşma  imzaladılar.Buna baxmayaq,ekspertlər bildirib ki,  ABŞ və Çin arasındakı istiləşmə üzdə göründüyü kimi o qədər də ürəkaçan səviyyədə deyil belə ki, Huawei şirkətinin  Maliyyə Məsələləri üzrə müdiri ABŞ rəsmilərinin sifarişi ilə Kanadada həbs olunmuşdu.Bəzi ekspertlər hesab edir ki, qlobal bazarın tələblərinə təsir göstərən bu həbsi ABŞ-ın təhtidi kimi qiymətləndirmək olar.Ancaq ekspertlərin də pronozlaşdırdı ğı kimi Çinin Ümumi daxili Məhsulunun azalmasını ABŞ-ın tətbiq etdiyi sanksiyaların nəticəsi adlandırmaq mümkündür. Amerika və Çin arasında əldə olunmuş 90 günlük razılaşma  mübahisənin sülh yolu ilə həll edilməsi və dünya iqtisadiyyatı üçün müsbət siqnaldır. Qeyd edək ki,son hesabatlarda Tramp FED-i 2019-cu ildə ABŞ iqtisadiyyatının dəstəklənməsi üçün pul siyasətini asanlıaşdırmağa çağırıb.Ağ Ev rəhbərinin ticarət ziddiyyətlərinin ABŞ iqtisadiyyatına dağıdıcı təsirini müşahidə etdiyi üçün bu addımı atdığı danılmaz fakdır.

Pulun sürəti

ABŞ Federal Ehtiyat Sisteminin pul siyasəti qlobal iqtisadiyyata əlavə təzyiq göstərir. Amerikanın pul siyasətinin  tənzimləyicisi rolunda çıxış edən FED 2018-ci ildə dolların faiz dərəcəsini 4 dəfə çoxladı, ümumi illik  fazi dərəcəsini isə 2,25-dən 2,5% -ə qaldırdı. FED-in bu addımları ABŞ istiqrazlarının dəyərinin artımına və inkişaf etməkdə olan bazarlardan kapitalın çıxmasına səbəb oldu.Ekspertlər  bildirir ki, 2018-ci ildə Türkiyə, Argentina və Cənubi Afrika iqtisadiyyatı yüksək riskli təzyiq  altında olub. İlin əvvəlindən etibarən Türk lirəsı dollarla müqayisədə təxminən 40% ucuzlaşdı, Argentina pesosu 105% dəyər itirdi, Cənubi Afrika randı isə 15% qiymətdən düşüdü. İnkişaf etməkdə olan ölkələrdə fond bazarlarının əsas göstəricisi – İnkşaf etməkdə olan beynəlxalq qiymət indeksi- son 12 ay ərzində təxminən 20% azalıb.

FED-in riskli pul siyasəti və geosiyasi risklərin gücləndirilməsi Birləşmiş Ştatların fond bazarı üçün mənfi təsir göstərdi. İnvestorlar amerikalı şirkətlərin səhmlərinə kapital qoyuluşunu azaldaraq mövcud səhmlərdən də aktiv şəkildə investisyalarını aktiv şəkildə geri çəkirlər və pullarının təhlükəsizliyinin təmini üçün  ABŞ Xəzinədarlığının xəzinə istiqrazlarına investisiya qoyurlar.

Birləşmiş Ştatlarla Şimali Koreya arasındakı münasibətlərin istiləşməsindən sonra, yaz aylarında investorların geosiyasi təhlükələrə dair qorxuları zəiflədib. FED-in pul  siyasətinin təzyiqi artırması və Vaşinqton və Pekin arasındakı mübahisələrin intensivləşməsi fonunda fond birjalarında iri həcmli risklər qaçılmaz vəziyyət almışdı.Bəzi ekspertlərin fikrincə  ABŞ texnologiya şirkətlərinin qiymətli kağızları ən çox2018-ci ildə zərər gördü. Ən böyük zərbə Facebook, Amazon, Apple, Netflix, Google-un payına düşdü. Dekabr ayının əvvəlində, yüksək texnologiyaların indeksi  2017-ci ilin noyabrından indiyəqədərki müddətdə minimuma enib.

Neft həyəcanı

Qlobal neft bazarında 2018 il iqtisadi çətinliklərlə müşaət olunan qiymət riskləri dövrü idi.Sentyabr ayında, son dörd ildə ilk dəfə olaraq Brent markalı neftin bir barrelinin qiyməti  87 dollardan çox oldu.Eksperlər bildirir ki, 2017-ci ildə olduğu kimi, OPEK + ölkələrinin neft hasilatında nəzərəçarpacaq dərəcədə azaltması ilə bağlı sazişi neft qiymətlərinə əhəmiyyətli təsir göstərdi.Bazarda balansın 90 faiz səviyyəsində saxlanmasını təmin edən  il ərzində müqavilənin şərtlərini yerinə yetirən ixracatçılardır.Xatırladaq ki, 2016-cı ilin sonunda OPEK və təşkilata daxil olmayan Rusiya da daxil olmaqla 11 neft ixrac edən ölkədünya bazarında xammal neft üçün tələbat və təklifin bərabərləşdirilməsi üçün gündə 1,8 milyon barel neft hasilatını azaltmışdı. 2018-ci ilin iyun ayında neft hasilatı və qiymətlərlə bağlı əldə edilən lazımi balansıqoruyub saxlamaq üçün saziş  iştirakçıları karbohidrogen ehtiyatlarının hasilatını gündə 1 milyon barel artırmağı qərara aldılar.

OPEC  neft qiymətlərinin kəskin yüksəliş risklərini azaltmaq üçün istehsalı bərpa etdi. Bundan əlavə Venesuela və Meksikada neft hasilatının azalması və ABŞ-ın sanksiyalarının fonunda İrandan karbohidrogen ixracının azalması fonundaneft ixrac edən ölkələr dünya bazarını bəzi dövlətlərdən enerji tədarükündə mümkün olan fasilələrdən xilas etmək istədi.

Payızın sonunda  Səudiyyə Ərəbistanı, Rusiya və OPEK-in bəzi ölkələrində neft hasilatının hacmi artdığı üçün neftin qiymətiucuzlaşmağa başladı. Oktyabr-dekabr aylarında Brent markalı neftə tələb demək olar ki, 35% -ə qədər azaldığı üçün 1 barrel brent markalı netin qyməti  56 dollara düşdü. Bunu nəzərə alan neft ixrac edən ölkələr yenidən hasilatın azaldılması barədə müzakirələr aparırlar.Buna baxmayaraq tərəflərin hasilatı azaltmaq üçün qərar verməyi asan olmadı.ABŞ sanksiyalarının təzyiqi İrana neft hasilatını azaltmağa demək olar ki, imkan vermir və Rusiyada soyuq mövsüm olduğu üçün  bu proses təbii ki bir az  çətinləşir. Ölkələr arasında neft hasilatını azaltmaqla bağlı qızğın mübahisələr və intensizv danışıqlar iki gün davam etdi . Sonda Moskva istehsalın tədricən azaldılmasını qəbul etdi  amma bu razılaşmada İran istisna hal kimi iştirak etmədi.Müqavilələrə görə, dövlətlər gündəlik istehsalını 2019-cu ilin ilk yarısında 1,2 milyon barelə endirəcəklər.Buna baxmayaqq, OPEC + qərarı hələ neft qiymətlərinin aşağı düşməyini dayandırmayıb - Dekabrın əvvəlindən Brent markalı neftin qiyməti təxminən 15% aşağı düşüb və 2017-ci ilin oktyabrından etibarən ilk dəfə 54 dollardan aşağı düşməyə başlayıb. Bununla belə, ekspertlər OPEK + sazişinin yeni ildə 65-70 barel tələbin artmasına səbəb ola biləcəyini istisna etmirlər.

Steriotipləri dağıdan valyuta siyasəti

Ötən il dollarsızlaşma dövlət başçıları və dünyanın aparıcı biznes adamları arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrildi. Dünya iqtisadiyyatının Amerika valyutasına olan asılılığının fonunda bir çox ölkələr dollar əməliyyatlarının tədricən azaltması və gələcəkdə tərəfdaşları ilə milli valyuta hesablaşmalarına keçidini istisna etmədi.Çin və bəzi Avropa Birliyi ölkələri ABŞ ilə sanksiyaların əvəzlənməsi üçün İranla avro ilə ticarət etmək üçün nominal tələbat formalaşdırdılar. 2018-ci ildə ilk dəfə  İranın energetika sənayesində Vaşinqtonun məhdudiyyətləri və Tehranı SWIFT ödəniş sistemindən uzaqlaşdırılmaqla təhdid edilməsi İslam Respublikasının Avropa ilə  biznesinə ciddi təsiri ilə bağlı  qaçılmaz  vəziyyət yaratdı. Bu səbəbdən Avropa Birliyi  öz ödəniş mexanizmini inkişaf etdirməyə başladı.Nəzər cəhətdən avroya əsaslanan hesablama sisteminə keçid mümkündür və bu proses texniki cəhətdən çətin deyil, lakin təəssüüf ki, bu dəyişikliklər bir gecədə baş vermir. Bu cür dəyişikliklər dünyanın digər hissələrində ABŞ hökmranlığının ən mühüm sütununa zərbə vuracaq. Buna görə də, Birləşmiş Ştatlar dolların qlobal üstünlüyünü müdafiə etmək üçün əlindən gələni edəcək.

Rəqəmsal ümidsizlik

Ekspertlər son 12 ay ərzində qlobal iqtisadiyyatda əhəmiyyətli hadisələrə və kripto valyuta bazarının geniş miqyasda parçalanmasını da qabardırlar. 2017-ci ilin sonu rəqəmsal valyuta  ətrafında inanılmaz həyəcanlla müşaət olunan yüksəliş dünya iqtisadiyyatında bu sahədə genişmiqyaslı inkşafın olacağı ilə bağlı ümidləri artırmışdı. Həmin dövrdə Bitcoin dünyanın  beş  ən güclü valyutası siyahısına daxil edildi və qiyməti 20 min dollardan çox dəyərləndirilirdi.Bundan sonra elektron sikkələrin qiymətində sürətlə artımın fonunda bir çox iqtisadçı növbəti boş maliyyə şişirdilməsi təhlükəsi barədə ciddi xəbərdarlıq etməyə başladı.Ekspertlərin qorxuları 2018-ci ilin yanvarında öz təstiqini tapmış oldu. Rəqəmsal i valyuta bazarı demək olar ki, çökdü və əvvəlki qeydlərə qayıtmaq üçün tələbin süni çoxaldılması ilə bağlı  hər hansı cəhdlər  azaldı. Elektron sikkələrin dəyərinin azalması sənayenin qlobal tənzimlənməsinin gücləndirilməsi, kripto valyuta şəbəkələrinə  müntəzəm hacker hücumları, tanınmış İnternet şirkətlərinin rəqəmsal pul reklamlarının qadağan edilməsi və böyük investorların real pullara daha çox üstünlük verməsini stimmulaşdırıb. Ekspertlər bildirir ki, kripto valyutanın dəyərinin artırılması ilə bağlı bütün  cəhdlər xüsusi hallarla bağlı idi- kriptovalyuta şəbəkələrinin böhranla  ilə yanaşı yenilənmə, genişləndirmək, satın alma və əməkdaşlıq müqavilələrinin bağlanmasını buna misal kimi göstərmək olar. Ümumilikdə qiymət itirilməsinin qarşısının alınması üçün heç bir güclü hadisə baş vermədi. Mühit və şərait  hər hansı bir bazar üçün əhəmiyyətlidir və bu,rəqəmsal valyutalar üçün bu ikiqat əhəmiyyətlidir.Bu gün, Bitcoin 3,8 min dollar ətrafında sehr edir, lakin mütəxəssislər proqnozlarında rəqəmsal  valyutanı arxa plana keçirməyə tələsmirlər.

Birliyin daxili qopmaları

2018-ci ildə Avropa Birliyi səlahiyyətliləri, Beynəlxalq Valyuta Fondu  ilə birlikdə Yunanıstanda çox illik böhranın sona çatdığını açıqladı. Eyni zamanda qonşu Bolqarıstanın maraqları var- bölgənin ən sürətlə böyüyən iqtisadiyyatı - inflyasiyanın kəskin artmasından sonra avrozonaya daxil olmaq imkanını demək olar ki, itirdi. Yoxsulluq və korrupsiyanın yüksək həddi,,xarici investisiyaların azalması və sosial xərcləri maksimum  aşağı salmağın zəruriliyin ölkəni 2019-cu il Eurovision Mahnı Müsabiqəsində iştirak etməkdən imtina etməyə məcbur etdi..Eyni zamanda, ekspertlər Avropa birliyinin bəzi ölkələrində anti-Avropalı əhval-ruhiyyənin əhəmiyyətli dərəcədə artdığını qeyd edirlər. Bu meyilləri dəstəkləyən ilk ölkələrdən biri də İtaliyadır.Belə ki, İtaliya höküməti  Avropa Komissiyasının  tapşırıqlarına qarşı çıxaraq 2019-cu ildə büdcə kəsiri 2,4% səviyyəsinə çatdırdı. Avropa Birliyinin ekspertlərinin fikrincə  İtalyan xəzinin gəlir və xərcləri arasında əhəmiyyətli fərq respublikanın böyük dövlət borcunun çoxalmasınıdan xəbər verir verir və maliyyə sabitliyini təhlükəyə atır.

Bənzər bir vəziyyət İspaniyada müşahidə edilib. büdcə kəsiri və dövlət borcu ən yüksək həddə çatan İspaniyada baş nazir Pedro Sanchez sosial xərclərin artmasınn qarşısını almağa  çalışsa da – rəsmi  Madrid də Avropa İttifaqının ciddi tələblərinə riayət etməkdən imtina edib.

Fransa, Avropa birliyinin aydalarına qarşı müqavimət yolunu tutub.Mütəxəssislər  bunu, ikinci növ  Avropa iqtisadiyyatı adlandırır. , Paris maaşları qaldırmaq niyyətindədir kütləvi etirazlar və məşhur narazılıqlara görə  islahatları dayandırmaq, vergi yükünü azaltmaq və beləliklə dövlət xəzinəsinin xərclərini 10  milyard avro artırmaq kimi addımlar qaçılmazdır

Avropaya qarşı həssaslığın artması ilə eyni zamanda Avropa İttifaqı regionunun iqtisadiyyatında inkşaf sürətinin aşağı düşməsinə gətib çıxarıb. "Eurostat" ın məlumatına görə, 2018-ci ilin üçüncü rübündə Avropa İttifaqının Ümumi Daxili Məhsulu yalnız 0,3% artıb və 2016-cı ilin ortalarından indiyəqədərki müddətdə minimum həddə enib.

Qeyd edəki ki, Beynəlxalq Valyuta Fondu on hesabatında, 2018 və 2019-cu illərdə Ümumi Daxili Məhsulun ümumi artım proqnozunu 3,9% -dən 3,7% -ə endirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR