2018: 12 icra başçısı işdən çıxarıldı - Siyahı
Bir neçə gün sonra geridə qoyacağımız 2018-ci ildə ölkəmizdə aparılan aktiv kadr islahatları dalğasının əhatə etdiyi strukturlardan biri də icra orqanları oldu.
Axar.az xatırladır ki, ən mühüm dəyişiklik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsindən azad edilməsi oldu. Onun yerinə Eldar Əzizov təyinat aldı.
Daha əvvəl Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini yerinə yetirən Eldar Əzizovun yerinə isə Vüqar Zeynalov gətirildi.
Gəncənin icra başçısı Elmar Vəliyevin vəzifədən çıxarılması da müəyyən qədər rezonans doğurdu. Ölkənin ikinci ən böyük şəhərinin yeni icra başçısı Niyazi Bayramov oldu.
Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun yerinə Elxan Allahverdiyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun yerinə isə Rövşən İbrahimov təyinat aldı.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da vəzifəsindən azad edildi. Onu bu postda İbrahim Mustafayev əvəz etdi.
Vəzifəsindən azad edilənlərdən biri də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov idi. Bu vəzifəyə Vaqif Həsənov təyinat edildi.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovu Məmməd Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu İlham İsmayılov əvəzlədi.
Başçı dəyişikliyi Şamaxıda da yaşandı. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vəzifədən çıxarıldı, onun yerinə Tahir Məmmədov gətirildi.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin yerinə isə Asif Ağayev başçı təyin edildi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vəzifəsindən azad edilsə də, hələlik onun yerinə təyinat olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət