Dərc edildi: Baxış sayı: 714
20 yaşlı hücumçu ÇL-də ağlagəlməz rekord müəyyənləşdirdi
Dortmund "Borussiya"sının gənc hücumçusu Erlinq Holand Çempionlar Liqasının 2-ci turunda "Zenit"in qapısına yol taparaq (2:0) rekord müəyyənləşdirib.
Ens.az Fanat.Az-a istinadən xəbər verir ki, o, Avropanın ən nüfuzlu klub turnirində keçirdiyi ilk 10 matçda 12 qol vuraraq indiyədək heç bir futbolçunun bacarmadığını edib.
Dünən "Siqnal İduna Park"da tarixi nəticəyə imza atan 20 yaşlı norveçlinin ən yaxın izləyiciləri ondan aşkar şəkildə geri qalır. Belə ki, karyerasını bitirmiş Simone İnzagi, Harri Keyn (Tottenhem) və Sadio Mane ilk 10 oyunda hərəyə 9 qol vurmağı bacarmışdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət