Slimfit
  1. AZƏRBAYCAN

20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçiriləcək

20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçiriləcək
Sakura

20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçiriləcək

Yanvarın 16-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçirəcək.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, aksiya “20 yanvar” Cəmiyyətində təşkil olunacaq. Humanitar aksiyanın məqsədi pasiyentləri operativ şəkildə müayinə və müalicə etmək, onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasındır. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 2005-ci ildən paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR