Slimfit
  1. TARİX

2 min il əvvəl yaşamış insanda bu xəstəlik tapıldı

2 min il əvvəl yaşamış insanda bu xəstəlik tapıldı
Sakura

2 min il əvvəl yaşamış insanda bu xəstəlik tapıldı

Misirdə qədim məzardan çıxarılan 2 min illik mumiyanın xərçəngdən öldüyü məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mumiya Nyu-Yorkdakı Crous Xəstəxanasında tomoqrafiya ediləndən sonra ayağının alt hissəsində xərçəng olduğu müəyyən edilib.

Müasir dünyada texnologiya və hava çirkliliyi üzündən yarandığı düşünülən xərçəng xəstəliyinin 2 min il əvvəl yaşamış bir şəxsdə aşkar edilməsi elm adamlarını təəccübləndirib.

Doktor Mark Levinson mumiyada nadir rast gəlinən bədxassəli şiş aşkarladıqlarını bildirib. Qədim insanın konkret olaraq hansı səbəbdən öldüyü bəlli deyil. Ancaq onun xərçəng səbəbindən və ya bir əməliyyat zamanı öldüyü güman edilir. Antik Misir elmi xərçəng xəstəliyini müəyyən edə bilməsə də, xəstələrin müalicəsi üçün əməliyyat etdikləri məlumdur.

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR