Dərc edildi: Baxış sayı: 448
2 milyarda yaxın insan Apple” və “Google”ın tətbiqlərindən istifadə edə bilməyəcək
“Apple” və “Google” şirkətlərinin koronavirus pandemiyası müddətində hərəkətin izlənməsi üzrə tətbiqlərdən 2 milyarda yaxın insan istifadə edə bilməyəcək.
Trend-in məlumatına görə, buna köhnəlmiş telefonlar səbəb olacaq.
Qeyd olunur ki, həmin tətbiqlər tibb işçilərinə koronavirusla yoluxan və ya yoluxma şübhəsi olan şəxslərin olduğu yerləri və əlaqələrini tapmağa kömək edəcək.
Bir çox telefonlarda bu tətbiqlərin işləməsi üçün “Bluetooth” texnologiyası yaxud ən yeni əməliyyat sistemləri mövcud deyil.
Qeyd edək ki, bu günədək dünyada 2,4 milyondan çox şəxs koronavirusa yoluxub, 165 mindən çox xəstə həyatını itirib, təxminən 630 min nəfər sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət