Slimfit
  1. AZƏRBAYCANLI

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır -10 min dollar mükafat təyin edildi…

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır -10 min dollar mükafat təyin edildi…
Sakura

5 gün ermənilərə qarşı təkbaşına döyüşən itkin düşmüş bayraqdar Natiq Qasımov

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır: 10 min dollar mükafat təyin edildi…
 
Türkiyədə fəaliyyət göstərən “ASASmedya” Ermənistanda əsir saxlanılan Natiq Səlim oğlu Qasımovun tapılması üçün pul mükatafı təyin edib.
 
ASASmedya.info xəbər verir ki, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcək.
 
Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. O, 1991-ci ildə “Qarabağ Şahinləri” adlı könüllü dəstənin tərkibində müharibəyə qoşulub. N.Qasımov 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün ərzində qida və su olmadan həmin yerdə qalıb və təslim olmaqdan imtina edib.
 
Daha sonra erməni əsgərləri Xocalıda əsir götürülən 22 nəfərdən biri olan Cəfər Cəfərovu kilsəyə göndərir. C.Cəfərov həmin hadisəni belə təsvir edir:
 
“Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar, sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda səs eşitdim. Mən tez azərbaycanlı olduğumu və təslim olmasa, 22 nəfər Xocalılını öldürəcəklərini dedim. O, tək olduğunu və beş gündür ac-susuz döyüşdüyünü bildirdi. Rəngi hissdən qapqara olmuşdu. Ermənilərin dediklərini ona çatdırandan sonra bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi”.
 
Natiq əsir alınanda “Ogonyok” jurnalının müxbirləri Konstantin Smirnov və Enriko Sarzini hadisə yerində olub və onun şəklini çəkiblər. Hadisənin təsvir edildiyi “Strax” adlı məqalə jurnalın 15 mart 1992-ci ildə çap edilən sayında yayımlanıb.
 
Natiq Qasımovun qardaşı Nofəl Qasımovun sözlərinə görə, qardaşı hələ də sağdır. O, Azərbaycanlı əsirlərin axtarışını həyata keçirən Gürcüstan vətəndaşı İsmayıl Axundzadədən qardaşının sağ olduğunu öyrənib. İ.Axundzadə bildirib ki, Natiq Kirovakanda kimya fabrikində işlədilir.
 
Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər Natiq Qasımovun əsir götürülməsini inkar edir. Dövlət Komissiyasının dəfələrlə müraciətinə baxmayaraq, Natiqin taleyi barədə Azərbaycan və beynəlxalq təşkilatlara məlumat verilmir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR