Slimfit
  1. AVTO VƏ MOTO

1965-ci il istehsalı olan nadir Mercedes hərraca çıxarıldı

1965-ci il istehsalı olan nadir Mercedes hərraca çıxarıldı
Sakura

Bu Mercedes -Benz 600 LWB Pullman avtomobilini Çin naziri və Şanxay meri istifadə edib

Şəbəkə,  1965-ci il istehsalı olan inanılmaz nadir  avtomobil - Mercedes-Benz 600 LWB Pullman maşınını nümayiş etdirib. Vaxtilə bu avtomobildə  Çinin xarici işlər nazirlərindən biri və Şanxayın meri  gedib.

Bu unikal maşına $285,000 qiymət qoyulub.

 Məlumdur ki, Mercedes-Benz 600 LWB Pullman sifarişlə hazırlanıb, ona görə də öz növü üzrə misilsizdir. Bu, dörd qapılı Pullmanın 304 nüsxəsindən və Çinə satılan 2 avtomobildən biridir.

 Xoşbəxtlikdən kollektorlar üçün  maşın ABŞ-a gətirilib və bu yaxınlarda Fladelfiyada satışa çıxarılıb.

 Qeyd etmək lazımdır ki, bu W100 kuzovlu az sayda avtomobildən biri və "altı yüzüncü"nün ilkidir.  İstehsal  ilinə nəzər salsaq görərik ki, Mercedes-Benz olduqca mötəbər bir yaşdadır, buna baxmayaraq heç vaxt bərpa olunmayıb.  Avtomobil, zahiri görünüşünə görə də  mükəmməl vəziyyətdədir. Yeri gəlmişkən, yürüş cəmi 21.186 km-dir.

 Mercedes-Benz 600 LWB Pullman öndən

 Kapotun altında 247 gücündə 6.3 litrlik 500 Nm fırlanma anı ilə  V8 mühərriki var.

 Avtomobilin salonunda , bej rəngli dəri və süet döşəməli rahat yumşaq oturacaqlar yerləşir.  Hər şey zövqlə tamamlanıb. Salon açıq şəkildə çox rahatdır.

Mənbə: hyser.com.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR