Slimfit
  1. AVTO VƏ MOTO

1905 – Cİ İLƏ QAYIDIŞ

1905 – Cİ İLƏ QAYIDIŞ
Sakura

Cenevrə avtosalonu

Cenevrə avtosalonu – hər il mart ayında İsveçrənin Cenevrə şəhərində təşkil olunan avtosalondur.

İlk dəfə 1905-ci ildə təşkil olunub – hər il təşkil edilən yeganə Avropa A sinifli avtosalon. Beynəlxalq avtomobil markalarının yeni məhsullarını təqdim etmək üçün əsas yerlərdən biridir. Məkan: Palexpo, Cenevrə beynəlxalq hava limanının yanında yerləşən sərgi mərkəzi. Hər il beynəlxalq avtomobil istehsalçıları öz hazırladıqlarının dizayn konseptlərini və ya dünyanın ən məşhur gövdə atelyelərini avtosalonda təqdim edirlər.

Tarixi

İlk avtomobil sərgisi 1905-ci ildə baş tutdu. İlk avtosalonda daxili yanma mühərrikləri olan buxar maşınları təqdim edildi. 1926-cı ildə avtosalon üçün Palais des Exposition (Sərgilər Sarayı) sərgi kompleksi tikildi. II dünya müharibəsi illərində avtosalon fəaliyyət göstərmədi – 1947-ci ildə bərpa edildi.

Müxtəlif illərdə Ford A, Fiat Topolino, Maybach Zeppelin, Mercedes 300S "Ponton", Fiat 500, Jaguar E-Type, Mercedes 230 SL "Pagoda", Ferrari Dino, Ford Granada, Ford Capri, Audi 80, Audi 100, Ford Mondeo (birinci nəsil), alüminium gövdəsi olan Audi A8 (birinci nəsil), Renault Vel Satis, Citroen C6 kimi avtomobillərin debütü Cenevrə avtosalonunda baş tutdu.

1920 – 1930-cu illərdə avtosalonda ilk "Mercedes" və "Maybach", eləcə də Chrysler kabrioletləri parıldadı. "Dirijabl" adlanan Maybach Zeppelin, əvvəllər görünməmiş 153km/saat sürəti yığırdı.

Maybach Zeppelin

1937-ci ildə ilk "xalq avtomobili" debüt etdi - müştərinin dərhal bəyənmədiyi Fiat 500 Topolino. İlk dəfə kütləvi istehsalına yalnız II dünya müharibəsindən sonra 1955-ci ildə başladı.

Fiat 500 Topolino

1951-ci ildə bir neçə debüt baş verdi: Jaguar şirkəti 193 km/saat sürətinə çatan Jaguar XK 120 kupesini təqdim etdi, Mersedes isə ictimaiyyətə, indiki S sinifinin babası olan Mersedes 300 S Ponton-u nümayiş etdi.

Jaguar XK 120

Mercedes 300 S Ponton

1971-ci ilin mart ayında Cenevrə avtosalonunda Lamborghini – LP500 konseptini təqdim etdi, hansı ki, əvvəllər kütləvi istehsalı planlaşdırılmamışdır. Lakin prototip çox böyük müsbət cavab aldı və avtomobil 1974-cü ildə konveyerdən çıxdı.

Lamborghini – LP500

2005-ci ildə, yüz illik yubileyində Cenevrə avtosalonunu rekord sayda insan ziyarət etdi – 747 000 nəfər.

2010-cu ilin 4 martından - 14 martınadək Geneva Palexpo sərgi kompleksində 80-ci yubiley avtosalonu keçirildi. İş zamanı avtosalona 692 min adam baş çəkib ki, əvvəlki il ilə müqayisədə 11 min jurnalist daxil olmaqla 7% çoxdur.

2011-ci il sərgisi 3-13 mart tarixlərində keçirildi. Sərgidə 700-dən çox marka, dünya avtomobil sənayesinin 100-dən çox yeni məhsulu nümayiş olundu. Bunlar arasında – Audi A3 konsept sedanı, BMW Vision ConnectedDrive roadster, Fiat Freemont krossoveri, çox qapılı, hibrid modifikasiyalı Porsche Panamera, yeddi yerlik Toyota Prius hibridi.

Audi A3 Concept

BMW Vision ConnectedDrive roadster

Fiat Freemont

2012-ci ildə sərgidə, 2009-cu ildə buraxılmış B1 modelinin təkamülü olan Rusiya superkarı Marussia B2 təqdim edildi.

Marussia B2

2020-ci ildə Cenevrə avtosalonu COVID-19 pandemiyası səbəbindən ləğv edildi.

Cenevrə avtosalonunun əsas bölmələri

- 3, 4 və daha çox təkəri olan avtomobillər;
- elektrik enerjisi və digər alternativ enerji mənbələri ilə işləyən avtomobillər;
- minik avtomobillərinin gövdələrinin layihələndirilməsi və dizaynı;
- köhnə və tarixi avtomobillər;
- avtomobillər üçün hissələr və ləvazimatlar;
- istehsalçılardan orijinal ehtiyat hissələri;
- xidmət və təmir mərkəzləri;
- avtomobil sənayesi ilə əlaqəli müxtəlif mal və xidmətlər;
- əyləncə.

Mənbə: AVTO KLUB AZƏRBAYCAN

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR