Dərc edildi: Baxış sayı: 492
190 santimetr uzunluğundakı saçı ilə Ginnesin rekordlar kitabına düşdü –Dünyanın ən uzunsaçlı qızı
17-yaşlı Hindistan vətəndaşı Nilanşi Patel ən uzunsaçlı yeniyetmə kimi Ginnesin rekordlar kitbaına düşüb.
Gununsesi.org-un məlumatına görə, “Faktı” xəbər verir ki, onun saçlarının uzunluğu 190 santimetr təşkil edir.
Hindistanlı “Rapunzelə” bununla bağlı sertifikat təqdim ediblər.
Qızın dediyinə görə, saçını daramaq hər dəfə onun bir saatını alır. Nilanşi saçlarını həftədə bir dəfə yuyur.
N.Patel həmçinin olğun insanlar arasında yeni rekorda imza atmaq niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət