Slimfit
  1. CƏMİYYƏT

190 manatı müraciətdən necə gün sonra ala bilərik?

190 manatı müraciətdən necə gün sonra ala bilərik?
Sakura

190 manatı müraciətdən necə gün sonra ala bilərik?

Bir neçə gündür müraciət etmişəm amma mənə sms gəlməyib. Bəlkə işsiz kimi qeydiyyata alınmamışam? Görəsən mənə pulu nəvaxt ödəyəcəklər? İşsizliklə bağlı müraciət edən və 190 manat almaq istəyən hər bir şəxsi bu suallar narahat edir. İnsanlar yalnız birdəfəlik ödəmə alan şəxslərə sms-lərin göndərildiyini düşünürlər. İşsiz kimi müraciət edən şəxslər qeydiyyata düşdükdən neçə müddət sonra birdəfəlik ödəmə alacaq? Kimlərə sms məlumatlandırm gönədrilir? Məsələnin əslini bizdən öyrənəcəksiz.

İstər uzun müddət işsiz kimi məşğulluq xidmətində qeydiyyatda olan, istərsə də yeni müraciət edən şəxslər onlara ayrılan vəsaiti alırlar. Bəzi vətəndaşlara 190 manat ödəməni almaq üçün sms məlumatlandırma 1 günə, bəzilərinə isə bir neçə gün sonra gəlir.

Birdəfəlik ödəmə amaq üçün qeydiyyatdan keçən və işsiz statusu almayan şəsxlər də sms vasitəsiylə məlumatlandırılır və onlara vəsaitin verilməmə səbəbi izah edilir. Birdəfəlik ödəmə almaq üçün müraciət edən bir çox vətəndaş isə onlara qısa zamanda sms-in gəlməməsindən narahatdır. Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı sms-lərin vətəndaşlara fərqli vaxtlarda gəlməsinin səbəbini müraciətlərin çox olması və bəzi məlumatların natamam olması ilə əlaqələndirir. Həmçinin vətəndaşın göndərdiyi məlumatların araşdırılması da vaxt tələb edən prosesdir.

Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərə gönədirlən sms-lərdə əvvəllər vətəndaşın adı qeyd olunmurdusa, artıq hər bir sms-də müraciət edən şəxsin adı da əlavə olunur.

Respublika üzrə ümumilikdə 55 min vətəndaşa birdəfəlik ödəmə təyin olunub. Həmin vətəndaşlara sms-lərin göndərilməsi prosesi gedir.

Mənbə: atv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR