190 manatdan əlavə də yardım olacaq - Nazir müavini açıqladı
Xəbər verdiyimiz kimi koronovirusun yayıldığı dönəmdə Azərbaycanda işsiz vətəndaşlara 190 manat məbləğində birdəfəlik ödəniş edilir.
Bunun üçün vətəndaşlarda bir çox suallar yaranır. Bu ödənişi kimlər, necə və haradan ala bilər?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev İTV-də birbaşa sualları cavablandırıb.
Nazir müavini mövzu ilə bağlı bütün suallara cavab verib.
Vətəndaşlar necə bilsin ki, onlar qeydiyyata alınıb,ya yox. Nazir müavini bildirib ki, bunun üçün vətəndaşlara mesaj gələcək.
Nazir müavini bildirib ki, 2 gün müddətinə müraciət edənlərə ödənişlərin edilməsinə başlanılacaq.
Nazir müavini bildirib ki,190 manat ödənişdən əlavə çoxuşaqlı ailələrə əlavə yardım da edilə bilər. Anar Əliyev bildirib ki, Dövlətin bununla bağlı başqa proqramları da var.
"142 çağrı mərkəzinə müraciət etməklə imkansız ailələr müxtəlif ərzaq vasitələri əldə edə bilər.", deyə nazir müavini bildirib.
Həmin müsahibəni təqdim edirik:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət