Slimfit
  1. CƏMİYYƏT

190 manat birdəfəlik müavinət sentyabr ayında da verilir? - AÇIQLAMA

190 manat birdəfəlik müavinət sentyabr ayında da verilir? - AÇIQLAMA
Sakura

190 manat birdəfəlik müavinət sentyabr ayında da verilir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejimi sentyabrın 30-na kimi uzadılıb. Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılıb. Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər hələ də qalmaqdadır. İri ticarət mərkəzləri və “Mallar”ın fəaliyyətinə qoyulan qadağalar hələ də çalışmayacaq. Belə olan halda Bakı, Sumqayıt və Abşeronda sentyabrda 190 manat bir dəfəlik müavinət veriləcəkmi?

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki,  bu günə kimi sərt karantin rejimi tətbiq edilən rayon və şəhərdə aztəminatlı ailələrə 190 manat birdəfəlik müavinət verilib:

“Bilirsiniz ki, aprel-may aylarında bu, cənab prezidentin göstərişi ilə 600 min vətəndaşımıza şamil edildi. Bundan əlavə  pandemiyadan zərər çəkən sahibkarlara dövlət tərəfindən yardımlar edildi. Hazırda demək olar ki, sərt karantin rejimi tamamilə yumşaldılıb. İri ticarət mərkəzləri və “Mallar”dan başqa bir çox mağaza və müəssisələr açılıb. Karantin rejimi və bu kimi məsələlərlə  bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir”.

Deputat qeyd edib ki, sentyabr ayında da 190 manat birdəfəlik müavinətin veriləcəyi fikir real səslənmir, çünki kafe, restoranlar, xırda mağaza və müəssisələrin bir çoxu fəaliyyət göstərir:

“Rayonlarda da sərt karantin rejimi götürüldü. Ona görə də düşünürəm ki, sentyabrda 190 manat birdəfəlik müavinət verilməyəcək. Bundan əlavə bilirsiniz ki, brifinqdə sentyabrın 15-nə kimi də qərarların olacağı ilə fikirlər də səsləndirildi. Nə bilmək olar, bəlkə o zamana kimi yoluxma sayında istənilən azalma müşahidə olunacaq və  iri ticarət mərkəzləri və digər müəssisələr də açılacaq. Bizim üzərimizə düşən yumşalmalardan sui-istifadə etməməkdir. Unutmamalıyıq ki, koronavirus nə ölkəmizdə, nə də dünyada hələ də bitməyib. Ona görə də qoyulan qaydalara əmək etməklə gündəlik yoluxanların sayını minimuma endirməyə çalışmalıyıq. Biz qoyulan sadə karantin qaydalarına əməl etməklə həm dövlətimizin bu istiqamətində gördüyü işlərə dəstək olarıq, həm də normal həyatımıza tez qayıdarıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR