Slimfit
  1. CƏMİYYƏT

190 manat alan 600 min şəxsin yarısı işsiz olmayıb - Komitədən RƏSMİ AÇIQLAMA

190 manat alan 600 min şəxsin yarısı işsiz olmayıb - Komitədən RƏSMİ AÇIQLAMA
Sakura

190 manat alan 600 min şəxsin yarısı işsiz olmayıb - Komitədən RƏSMİ AÇIQLAMA

Bu ilin may ayının 1-nə olan məlumata görə Azərbaycanda 297,8 min nəfər işsiz şəxs olub.

Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, aprel ayı ərzində işszilərin sayı 42,7 min nəfər artıb. Belə ki, Statistika Komitəsinin aprel ayının 1-nə olan məlumatında qeyd olunur ki, Azərbaycanda 255,1 min işsiz şəxs olub.

Məlumat üçün bildirək ki, aprel ayı ərzində ölkədə tətbiq olunan xüsusi karantin rejimində ölkə Prezidentinin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 600 min işsiz şəxsə 190 manat məbləğində birdəfəlik ödəmə edilib.

Nazirliyin açıqladığı məlumatlarda 190 manat birdəfəlik ödəmə alan şəxslər  işsiz və xüsusi karantin rejiminə görə işini itirən şəxslər olaraq təqdim olunur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manat birdəfəlik ödəmə almaq üçün müraciət edən şəxslərə “Məşğulluq haqqında Qanun”un 5-ci maddəsində (İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar) qeyd olunan şərtləri tələb kimi göstərib.

Yuxarıdakı məlumatlardan da açıq şəkildə görünür ki, Dövlət Statistika Komitəsinin açqıladığı işsiz şəxslərin sayı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz şəxs kimi ödəniş edilən şəxslərin sayı arasında 2 dəfə fərq var.

Mənbə: Yeniavaz.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR