Dərc edildi: Baxış sayı: 444
19 TIR 7 gündür gözləyir, İrəvan ardını göndərir
Ermənistan 7 gündür sərhədimizdə gözləyən 19 TIR-ı geri çəkmək əvəzinə sayını artırmaq qərarına gəlib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Qarabağdakı erməni uşaqlara yardım məqsədilə iki yük maşını şirniyyat hazırlanıb.
“Yardım maşınları Kornidzorda gözləyən humanitar yük karvanına qoşulacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu, Ermənistanın humanitar şounu davam etdirməyə və genişləndirməyə çalışdığını göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət