Dərc edildi: Baxış sayı: 596
19 dollarlıq yeməyə görə 1000 dollar çaypulu verdi
Pandemiya dövründə ən çox zərərə düşən müəssisələrin sırasında restoranların xüsusi yeri var. Bəs onlara necə kömək etmək olar? Misal üçün, 19 dollarlıq yemək sifariş edib, 1 000 dollar çaypulu verməklə.
Lenta.ru-nun məlumatına görə, Birləşmiş Ştatlarda italiyan mətbəxi restoranında müştərilərdən biri məhz belə hərəkət edib.
Gözlənilməz böyük məbləğdə çaypulu həmin vaxt növbədə olan ofisiantlar arasında bölüşdürülüb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət