Slimfit
  1. MARAQLI

177 il işləyən batareya

177 il işləyən batareya
Sakura

177 il işləyən batareya hələ də zəngi elektriklə təmin edir

Oksford elektrik zəngi (Oxford Electric Bell) 1840-cı ildən indiyə qədər daim işləyir. Kiçik batareya artıq 177 ildir ki, fasiləsiz olaraq zəngi elektriklə təchiz edir. Onun necə işlədiyini isə heç kim bilmir.

Sirli zəng Oksford Universitetində yerləşir və müdafiə olunmaq üçün şüşə başlıqla bağlıdır. Əllə yazılmış yazıda bildirilir ki, zəng 1840-cı ildə hazırlanıb. O vaxtdan indiyə qədər kiçik çəkic iki zınqırov arasında hərəkət edərək zəng səsi yaradır.

İşləmək üçün enerjini 177 ildir ki, quru batareya təmin edir. O ən uzun ömürlü batareya kimi Ginnesin rekordlar kitabına düşüb.

Quru batareyanın bu qədər uzun müddət işləməsinin sirrini isə heç kim bilmir. O bir-birinin üzərinə keçirilmiş plastinlərdən ibarətdir və onların tərkibi isə hələlik məlum deyil. Ancaq batareyanın xarici materialı barədə onu demək olar ki, o kükürddən hazırlanıb və izolyasiya rolunu oynayır.

Əlbəttə ki, tədqiqatçılar kiçik batareyanın sirrini onu hissələrə ayıraraq müəyyən edə bilərlər, lakin bu onun işləməsinə son qoyacaq və bu sınağa heç kim cavabdeh olmaq istəmir.

Batareyanın qalan gərginliyi o qədər azdır ki, zəngi xüsusi texniki vasitələr olmadan eşitmək mümkün deyil. Batareyanın 10 milyard dəfə zəngi çalmağa vadar etdiyini nəzərə alsaq, texniki yorğunluğun yaranması aydındır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR