Slimfit
  1. AZƏRBAYCAN

174 sosial mənzil satışa çıxarılır

174 sosial mənzil satışa çıxarılır
Sakura

174 sosial mənzil satışa çıxarılır

Növbəti ilin ilk ayından etibarən Mənzil İnşaatı Dövlət Agentliyi bir sıra yeni mənzillərin satışını həyata keçirəcək. İlk satışda olduğu kimi bu dəfəki satışda da proses elektron hökümət portalı ilə həyata keçiriləcək. Satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edəcəklər. Mənzillər isə tam təmirli və mətbəx mebeli ilə təklif olunacaq.

Daha 174 sosial mənzil satışa çıxarılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyi ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi üzrə növbəti dəfə mənzilləri satışa çıxarır.

Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub.Mənzillərin qiyməti isə bazar dəyərindən aşağı təklif olunur.

Mənzil İnşaatı Dövlət Agentliyi bu ilin sentyabrın 5 də ilkin 324 mənzilin satışını həyata keçirib.Növbəti ildən isə layihəyə uyğun olaraq digər mənzillərin dəmərhələli şəkildə satışı həyata keçiriləcək.

 

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR