Slimfit
  1. CƏMİYYƏT

170 il əvvəl Azərbaycanda yaradılan ilk aptek

170 il əvvəl Azərbaycanda yaradılan ilk aptek
Sakura

170 il əvvəl Azərbaycanda yaradılan ilk aptek

Respublikamızın elə bölgəsi yoxdur ki, orada aptek olmasın. Hətta ən ucqar kəndlərimizdə belə apteklər əhaliyə xidmət göstərir. Ölkəmizdə ilk aptek 170 il bundan əvvəl Neftçala rayonunda yaradılan aptek hesab olunur. O vaxtlar vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün yaradılan aptek bu gün də fəaliyyət göstərir.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanda 170 il yaşı olan ilk aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir. Hələ XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Yerli əhali ilə yanaşı, balıq vətəgələrində yüzlərlə rus, tatar, gürcü muzdlular çalışır. Məhz həmin dövrdə, 1850-ci ildə Bankə qəsəbəsində ilk aptekin yaradılması zərurəti meydana çıxıb.

Qırx ilə yaxındır həmin aptekdə əczaçı kimi çalışan rayonun tanınmış səhiyyə işçisi Əyyub İsmayılov bu aptekin tarixi bina olduğunu deyir. Hər gün səhər saat 8-dən axşam 8-dək uzun bir yol qət edərək öz doğma iş yerinə gələn Əyyub kişi bura işləməyə gələndə ölkənin ilk apteki olduğundan xəbərsiz olub. O vaxtkı ensiklopediyada ilk aptekin məhz burada olduğunu oxuyur və Milli Elmlər Akademiyasında çalışan oğluna bu haqda məlumat verir. Araşdırmalardan sonra buranın ilk aptek olduğu aşkara çıxır: “Çar Rusiyası tərəfindən burada qanuni aptek yaradılıb. Əvvəllər isə balıqçılıq gəmisinin içərisində idi. Sonralar həmin aptek köçürülərək Bankə balıq vətəgəsinin binasında fəaliyyətini davam etdirib. Aptek XX əsrin əvvələrindən indiki binada yerləşir”. Əyyub kişi bu binanın dövlət tərəfindən qorunmasını istəyir.

Rayonda ovaxtkı tikililərdən indiyədək təkcə bu aptek binası qalıb. Onun ikinci mərtəbəsində ötən əsrin 60-cı ilin əvvəllərinə kimi yaşayış da olub.

Yerli sakinlər qeyd edirlər ki, aptek yarandığı gündən çətin əldə olunan dərman preparatları burada asanlıqla tapılıb. Bu, indi də belədir. “Vaxtilə əhali vəba və taun xəstəliklərindən çox əziyyət çəkib. Lakin buna baxmayaraq, bu aptek fəaliyyətini davam etdirib. Bu aptekin xəstəliklərin qarşısının anlınmasında, dava-dərmanın gətirilməsində böyük rolu olub. O dövrdə tapılmayan dərmanlar burada satılıb. Bu günə qədər də fəaliyyətini davam etdirir”, - deyə sakin Sumayə Əsədullayeva bildirib.

Azərbaycanda ilk dəfə olaraq Neftçalada yaradılan və hazırda rayonun Bankə qəsəbəsində fəaliyyətini davam etdirən aptek əvəllər olduğu kimi, bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət göstərməkdədir. Qalır, bircə 170 il yaşı olan aptekin qorunub gələcək nəslə çatdırılması.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR