Slimfit
  1. MARAQLI

17 il pulsuz yaşayan qadın

17 il pulsuz yaşayan qadın
Sakura

Siz təsəvvür etmisiniz ki, puldan istifadədən imtina etsəniz həyatınız necə olacaq? Bu real deyil, düzdürmü?

Alman psixoterapevti Haydemari Şvermer sizinlə razılaşmayacaq. O artıq 17 ildir ki, puldan tamamilə imtina edərək bir qəpik belə xərcləmir.

Bu qərarı Haydemari 53 yaşı tamam olanda verib. O zaman o sınaq üçün bir il müddətində puldan və bütün digər maddi dəyərlərdən imtina etmək qərarına gəldi.

Psixoterapevt olaraq o müxtəlif böhran vəziyyətlərində insanlarla işləmək məcburiyyətində qalırdı və həmin anda o müşahidə edirdi ki, maddi əsas üzərində dayanan dünyada yaxşılığın tarazlığı pozulub. 1994-cü ildə Şvermer “Gib und Nimm” (Ver və al) adlı orijinal mübadilə şəbəkəsi yaratdı. Onun məqsədi çox sadə idi – insanlar arasında heç bir məhsul-pul olmadan ancaq xidmətlər, əşyalar və digər lazımi şeylərin mübadiləsi idi. Məs: kimsə pulsuz saçını düzəltdirmək istəyir, siz də bunun qarşılığında öz sahənizdə məsləhətlər verirsiniz. Şəbəkə evsiz və kasıblar üçün nəzərdə tutulsa da, sonradan daha çox təqaüdçülər və yaşlı insanlar qoşulmağa başladı.

Tezliklə Haydemari başa düşdü ki, xoşbəxtlik üçün pul lazım deyil və ən çətin qərarı verdi – pul əskinaslarından tamamilə imtina etmək.

 Rezerv fondu qismində 200 avro kənara qoyaraq o öz mənzilinin kirayəsini verməyi dayandırdı, vacib əşyalar və bir neçə dəst təmiz paltardan başqa öz əmlakını tamamilə satdı.

“Mənzilim boşalan kimi mən çox sevindim” – Haydemari deyir.

Tezliklə o mübadilə sistemi ilə işləməyə başladı. Haydemari psixoterapiya seanslarını müxtəlif xidmətlər, yaşayış və yemək üçün mübadilə edirdi.

Sınaq ili yekunlaşdı, ancaq Haydemari öz yeni həyat tərzindən o dərəcədə razı idi ki, o köhnə həyatında qayıtmamaq qərarına gəldi və mübadilə ilə yaşamağa davam etdi.

17 il ərzində bir dəfə də rezerv fonduna toxunmadı.

Şvermer hazırda maddi dəyərlərdən imtina etmək və bununla xoşbəxt olmaq haqqında mühazirələr deyir.

Onun hekayələrinin əvəzində insanlar ona yaşayış üçün yer, yemək və bəzi hallarda xaricə pulsuz səyahət imkanları verir.

 

 

O həmçinin 30 ölkədə nümayiş olunan “Pulsuz yaşamaq” ( “Living Without Money”) sənədli filminin baş qəhrəmanıdır.

Şvermerin yazdığı “Das Sterntalerexperiment – mein Leben ohne Geld” (“The sterntaler experiment – my life without money” – “Göydən pul sınağı – Mənim pulsuz həyatım”) adlı kitab 2003-cü ildə işıq üzü gördü və bir neçə dilə tərcümə olundu.

Haydemari Şvermerin hekayəsi – pul bizə istədiyimiz kimi yaşamaq, dünyaya səyahət etmək, özünü inkişaf etdirmək və mənasız alış-veriş etmək üçün azadlıq verir.

Lakin əgər siz həqiqətən vacib və sizi xoşbəxt edən şeylər üçün vaxtınızı sərf etsəniz, onda başa düşəcəksiniz ki, pul sizə həyatınızı yaxşı etmək üçün heç də lazım deyil.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR