16 yaşlı azərbaycanlı İsveçin məşhur klubunda
Bu gün İsveç Krallığının Partille və Harryda bələdiyyələrində 17 min tirajla çap olunan “Partilletidning” qəzetində Azərbaycan əsilli 16 yaşlı futbolçumuz Ayxan Cabbarovla müsahibə dərc olunub. “Ölkə.Az” xəbər verir ki, hər iki bələdiyyədə 80 min insan yaşayır.
Ayxan Cabbarov Azərbaycanda anadan olub. Hal-hazırda İsveç Krallığının Partille bələdiyyəsində yaşayır. Futbol kariyerasını İsveçin məşhur futbol komandası olan “Göteborg if” klubunda davam etdirir.
Ayxanın bu il Azərbaycan gənclər üzrə milli komandasına rəsmi dəvət alması öz komandasında da xoş qarşılanıb. Ayxan müsahibəsində Türkiyənin “Beşiktaş” klubu tərəfindən onun oyununa baxış keçirilməsi üçün Türkiyəyə dəvət edildiyini bildirib.
Xaricdə yaşayan soydaşlarımızın nailiyyətləri yerli mətbuatda marağa səbəb olması çox qürurvericidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət