Slimfit
  1. AZƏRBAYCAN

150 ölkənin parlamentariləri Bakıya gələcək - Yubiley iclası

150 ölkənin parlamentariləri Bakıya gələcək - Yubiley iclası
Sakura

150 ölkənin parlamentariləri Bakıya gələcək - Yubiley iclası

Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr edilən təntənəli iclas sentyabrın 21-də keçiriləcək.
AzVision.az-ın məlumatına görə, hazırda iclasla bağlı hazırlıq işləri davam edir. Yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq. Tədbirdə bu ölkələrdən 14-nün parlament sədri, 13 ölkənin sədr müavinləri, 11 ölkənin isə parlamentlərarası işçi qrupları iştirak edəcək.

Bundan əlavə, yubiley iclasına 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də qatılacaq. Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsinin tədbirdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, təntənəli yubiley tədbiri Milli Məclisdə keçiriləcək.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR