Slimfit
  1. DÜNYA

15 il zirzəmidə şouya hazırlaşdı — Milyonçu oldu

15 il zirzəmidə şouya hazırlaşdı — Milyonçu oldu
Sakura

15 il zirzəmidə şouya hazırlaşdı — Milyonçu oldu

35 yaşlı hamburqlu vəkil Yan Strox “Kim milyonçu olmaq istəyir?” verilişinin daimi fanatlarından biridir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, verilişin alman versiyası yayımlanmağa başlayandan Yan 1407 verilişin bir buraxılışını belə qaçırmayıb. O hətta 20 yaşından etibarən evinin zirzəmisində proqram studiyası quraraq hər həftə yarışma keçirib. Səs effektlərinədək təqlid edən Strox hər həftə dostlarını “veriliş”inə dəvət edərək yarışmanın suallarını öyrənməyə başlayıb. O hər dəfə yarışmaya müraciət etsə də, hər dəfə imtina ilə üzləşib.

Ancaq şounun 20 illiyi münasibətilə Yan verilişə dəvət olunub və yarıçmanın əsas mükafatını qazanaraq milyonçu olub.

“Mən, demək olar ki 16 ilimi itirdim. Ancaq eyni zamanda da qazandım”.

Milyonçu Yan vəkil kimi fəaliyyətindən imtina etmək fikrində deyil. O, qazandığı pulla geyimlər alacaq, zirzəmidəki studiyasını təmir edəcək və pulun bir qismini də xeyriyyəyə sərf edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR