Slimfit
  1. TEXNOLOGİYA

147 dollarlıq “Redmi Note 7” smartfonu təqdim edilib

147 dollarlıq “Redmi Note 7” smartfonu təqdim edilib
Sakura

“Xiaomi” şirkəti “Redmi Note 7” adlı yeni smartfonunu təqdim edib

“Xiaomi” şirkəti “Redmi Note 7” adlı yeni smartfonunu təqdim edib.
 
Smartfon 2340x1080 piksel təsvir ölçüsünə malik 6,3 düymlük diaqonallı 2,5D displeylə təchiz edilib. Displey ön panelin 95% hissəsini tutur, kənar çərçivələrin qalınlığı 1,95 mm təşkil edir.
 
ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, aparat “Snapdragon 660” adlı 8 nüvəli prosessor, “Adreno 512” (850 MHs) qrafik prosessoru, 3/4/6 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq daxili yaddaşla təchiz edilib.
 
Cihazın 48 meqapiksellik ikiqat kamerasının əsas sensoru 0,8 mkm-lik piksel və f/1.8 aperturaya malikdir. Köməkçi sensorun təsvir ölçüsü 5 meqapiksel, “selfi” kamerada isə 13 MP-dir. “Redmi Note 7” aparatında tətbiq edilmiş süni intellekt funksiyaları çəkiliş üçün böyük imkanlar təqdim edir.
 
“Quick Charge 4” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. İstehsalçı yeni smartfonu “USB Type-C” konnektoru ilə təchiz edib. Həmçinin aparat infraqırmızı port və 3,5 mm-lik audiokonnektorla təchiz edilib, smartfonda “NFC” texnologiyası yoxdur.
 
Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR