Slimfit
  1. CƏMİYYƏT

142 - Çağrı mərkəzinə müraciətlər kəskin artıb

142 - Çağrı mərkəzinə müraciətlər kəskin artıb
Sakura

142 - Çağrı mərkəzinə müraciətlər kəskin artıb

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə vətəndaşlar tərəfindən müraciətlərin sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi Şahin Əliyev deyib.

Onun sözlərinə görə, pandemiya dövründə ən çox edilən müraciətlər yaşlı insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı olurdu. Son günlərdə isə 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçib cavab SMS-i almayan, VÖEN və Əmək müqaviləsinə görə ödəmə təyin edilməyən vətəndaşlardan gəlir.

Müraciətlərin çoxluğu nəzərə alınaraq operatorların da sayı artırılıb. 09:00-dan 18:00-a kimi olan iş rejimi də gecə 00:00-a kimi uzadılıb.

Çağrı mərkəzinə daxil olan müraciətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olanları qeydiyyata götürülür və aidiyyəti üzrə yönləndirilir.

 

 

142 - Çağrı mərkəzinin gücləndirilmiş rejimdə fəaliyyəti qarşıdakı günlərdə də davam edəcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mənbə: xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR