Slimfit
  1. DÜNYA

1.4 milyard insan "yetərincə fiziki fəaliyyətlə məşğul deyil"

1.4 milyard insan "yetərincə fiziki fəaliyyətlə məşğul deyil"
Sakura

1.4 milyard insan "yetərincə fiziki fəaliyyətlə məşğul deyil"

Dünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə, dünyada təxminən 1.4 milyard insan yetərincə fiziki fəaliyyətlə məşğul deyil. Bu rəqəm 2001-ci ildən bəri demək olar ki, dəyişməyib.

Qeyri-fəallıq ürək xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng xəstəliklərinə yol aça bilər.

Britaniya da daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr aktivliyin ən az olduğu ölkələr sırasındadır.

Asiyada iki region istisna olmaqla dünyada qadınların daha qeyri-fəal həyat tərzi yaşadığı bildirilir.

WHO araşdırmaçıları aşkar ediblər ki, ABŞ və Britaniya da daxil olmaqla, inkişaf etmiş ölkələrdə qeyri-fəal insanların faizi 2001-ci ildəki 32 faizdən 2016-cı ildəki 37 faizə çatıb. Aşağı gəlirli ölkələrdə isə bu faiz stabil olaraq qalıb - 16 faiz.

Şərq və Cənub-şərqi Asiya istisna olmaqla, qadınlar kişilərə nisbətən daha az fəaldırlar.

Buna isə müxtəlif faktorların səbəb olduğu bildirilir. Bura uşağa baxmaq və mədəni şəraiti də aid etmək olar.

Ekspertlər hesab edirlər ki, inkişaf etmiş ölkələrdə daha oturaq işlərin artması və motorlu nəqliyyatdan istifadənin genişlənməsi qeyri-fəallığa səbəb ola bilər.

Kasıb ölkələrdə isə insanlar əsasən gördüyü işlərdə daha aktiv olur və gəzməyə daha çox vaxt ayırırlar.

Mənbə: BBC

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR