Slimfit
  1. AZƏRBAYCANLI

14 il ərzində 185 ölkənin pulunu yığan gənc

14 il ərzində 185 ölkənin pulunu yığan gənc
Sakura

14 il ərzində 185 ölkənin pulunu yığan gənc

30 yaşlı Bakı şəhər sakini  Nicat Xudaverdiyev 14 ildir ki, müxtəlif ölkələrin pullarını yığmaqla məşğuldur. 
 
O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olsa da, ixtisası üzrə fəaliyyət göstərmir. 
 
Ərzaq mağazalarından birində satıcı işləyən Nicatın ən böyük hobbisi pul yığmaqdır. Deyir ki, indiyə qədər 185 ölkənin pulunu yığıb.
 
Nicat Xudaverdiyevin sözlərinə görə, 2005-ci ildən etibarən onda bu işə maraq oyanıb: "14 ildir ki, müxtəlif ölkələrin pullarını yığmaqla məşğulam. 2005-ci ildə ATV-də "Yeni Ulduz” yarışması gedirdi. Yarışmanın iştirakçısı Aysel Əlizadənin hobbiləri arasında kolleksiya yığmaq var idi. O zamandan bəri pul kolleksiyası yığmaq mənim də diqqətimi çəkdi və  başladım  müxtəlif ölkələrin pullarını yığmağa. İndiyə qədər 185 ölkənin pulu yığmışam...”
 
Nicat Xudaverdiyev dediyinə görə, yığdığı pullar arasında indi mövcud olmayan dövlətlərin də pul vahidləri  var: ”Dünyada olan 194 ölkədən 185-nin pulunu yığmışam. Pul vahidləri məndə olan  ölkələrdən 10-u hazırda mövcud deyil. Bütün dünya dövlətlərindən məndə pul vahidi olmayan cəmi 9 ölkə qalıb. Pullar arasında Azərbaycan Xalq Cümhuriyyətinin pulları da var”.
 
Nicat deyir ki, bu pulları toplamaq heç də asan başa gəlməyib: "2 il əvvələ qədər cəmi 57 ölkənin pulunu yığa bilmişdim. Çünki həmin vaxtlarda  pulu necə toplamaq lazım olduğunu bilmirdim. İndi isə  xarici ölkələrdə bu işi görən adamlarla əlaqəm var. Ona görə pulları indi daha tez tapa bilirəm. Əvvəllər isə axtardığım pulları ancaq "Tarqovı” və İçərişəhərdən əldə edirdim”.
 
Onun ilk tapdığı pul Əfqanıstanın gümüş qəpiyi olub, amma indi həmin pul özündə deyil, itirib: "Pullara baxmağa gələnlərdən kimsə götürüb, xəbərim olmayıb.  Məndə olan pullar arasında ən maraqlılarından biri Əlcazair pullarıdır. Topladığım pullar üçün təxmini 5000 dollardan çox pul xərcləmişəm”.
 
Nicat Xudaverdiyev deyir ki, indiyə qədər topladığı pulları almaq istəyənlərin çox olub. Hərə müxtəlif qiymət təklif edib. Amma o,  heç vaxt bu pulları satmaq fikrinə düşməyib: "Bu pulları toplamaq üçün çox əziyyət çəkmişəm. Lap 10-20 min manat versələr belə, yenə də onları satmaram”.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR