Slimfit
  1. CƏMİYYƏT

138 heyvan kəsimi məntəqəsi yaradılıb - AQTA

138 heyvan kəsimi məntəqəsi yaradılıb - AQTA
Sakura

138 heyvan kəsimi məntəqəsi yaradılıb - AQTA

Azərbaycanda qurbanlıq heyvanların kəsimi və satışı məqsədilə 138 məntəqə formalaşdırılıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov Report-a açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin məntəqələrdə sanitar-gigiyenik tələblər qorunur:

“Bu məntəqələrin 80-də qurbanlıq heyvanların həm kəsimi, həm satışı, 46-da ancaq satışı, 12-də isə yalnız kəsimi həyata keçirilir. Bütün məntəqələrdə sanitar-gigiyenik normalar gözlənilməklə baytarlıq nəzarəti aparılır. Bundan başqa, Agentliklə razılaşdırmaqla respublika üzrə səyyar kəsim çadırları formalaşdırılıb. Həmin çadırlarda da baytarlıq nəzarəti və sanitar-gigiyenik tələblər təmin edilib. Biz müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətimizi davam etdiririk. İki gün ərzində vətəndaşlarımız səhər 08:00-dan axşam 20:00-dək kəsim, satış və digər xidmətlərdən yararlana bilərlər. Həmçinin əvvəlki illərin təcrübəsinə uyğun olaraq soyuducu infrastrukturla təmin olunmuş satış şəbəkələrindən öncədən sifariş verməklə qurbanlıq heyvanları əldə etmək mümkündür. Kəsim, satış və öncədən sifarişlə bağlı məntəqələr haqqında AQTA-nın (afsa.gov.az) saytındakı “Aktual” bölməsindən əldə etmək olar. Hazırda 92 məntəqədə öncədən sifariş etmək var. Səyyar kəsim məntəqəsi isə 10-dan çoxdur”.

AQTA sözçüsü azad edilmiş ərazilərdə də səyyar kəsim məntəqələrinin quraşdırıldığını açıqlayıb:

“Bu il ilk dəfə olaraq Zəngilan rayonunun Ağalı kəndində və Tərtər rayonunun Talış kəndində də səyyar kəsim məntəqələri quraşdırılıb. Həmin məntəqələrdə də baytarlıq nəzarəti təmin edilib və həmçinin Qida Təhlükəsizlik İnstitutunun (AQTİ) səyyar laboratoriyaları da fəaliyyət göstərir. Bu laboratoriyalar biotəhlükəsizlik laboratoriyalarıdır. Heyvanlarda hər hansı xəstəlik halı müşahidə edildikdə həmin laboratoriyalarda müayinə olunur. Buradan vətəndaşlarımıza da müraciət etmək istərdik ki, Bakı şəhəri də daxil olmaqla yol kənarlarında, küçələrdə heyvan kəsimi ilə bağlı hansısa qanunsuz hal olarsa, Agentliyin 1003 nömrəli çağrı mərkəzinə xəbər versinlər. Biz müvafiq qurumlarla birlikdə tədbir görəcəyik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR