Slimfit
  1. AZƏRBAYCANLI

1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqləndi

1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqləndi
Sakura

1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqləndi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən 1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqlənib.
Azvision.az xəbər verir ki, yerdəyişmə müsabiqəsinin nəticələrinə əsasən uğur qazanan 470 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzində (ünvan: Mir Cəlal küçəsi 71) zəruri sənədlərini (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin, əmək kitabçasının əsli, əvvəlki iş yerinizdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) təqdim etməklə iş yerini dəyişdirməyi təsdiq etməyib. 

Nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər öz nəticələri ilə bu keçidə daxil olaraq tanış ola bilərlər. 

Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR