Slimfit
  1. TARİX

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası
Sakura

Ən yaxın tariximizin ən məşhur adlarından biri olan Ənvər Paşanın əmisi, Atatürkün sinif yoldaşı olan…

Ən yaxın tariximizin ən məşhur adlarından biri olan Ənvər Paşanın əmisi, Atatürkün sinif yoldaşı olan Xəlil Paşa.

Son Osmanlı Paşası olaraq tanınan Xəlil Kut kimdir? Təhsilini harda tamamlamışdır, hansı bilgi və təcrübələrə sahib idi? Osmanlı ordusunun hansı dövrlərində vəzifə almışdır? İttihat və Tərəqqi cəmiyyəti ilə necə tanışmışdı? Ənvər Paşa ilə necə bir qohumluq və dostluq bağı vardı?... 
Bu suallara “Xəlil Kut Paşanın xatiratları” kitabında cavab tapıla bilər.

Qərb ölkələri kirli oyunlarını və planlarını hazırlayaraq Osmanlı dövlətinə qarşı amansız, ölçüsüz və əxlaqsızca bir hücuma başlatmışdı. Cahan dövləti, Dövlət-i Al-i Osmanı ortadan qaldırmaq üçün plan hazır idi. Afrikadan Qafqazlara, Balkanlardan Yəmənə, Fələstindən Çanaqqala cəbhəsinə qədər uzanan savaşlar başlamışdı. Halbuki, Osmanlı dövləti dünya ölkələri üçün bir dəngə ünsürü idi. Barışın, dincliyin, ədalətin, insanlığın və mədəniyyətin qoruyucusu idi. Tanınmış, məşhur Türkiyə tarixçisi Ahmet Cevdet Paşanın İfadəsiylə: “Osmanlı dövləti insanlığın son adası idi”.

QUT- Ül AMARƏ (ƏL –KÜT) HARADA YERLƏŞİR ?

Osmanlı sərhədi içərisində, Dəclə çayı sahilində Şattülarab kanalı ilə birləşən Bəsrə körfəzinin 350 km şimalında, Bağdadın 170 km cənubunda yerləşən 6.500 civarında əhaliyə sahib olan kiçik bir qəsəbə idi. Qut-ül Amarə cəbhəsi möhtəşəm və çətin bir mücadilənin, mübarizənin dastanıdır. Bütün imkansızlıqlara, olumsuzluqlara qarşı düşmənin silah və əsgəri üstünlüyünə baxmayaraq, Osmanlı ordusunun və əsgərlərinin ortaya qoyduğu əzmin, inancın, səyin və qəhrəmanlıqların dastanlıq zafərinin adıdır.

Qut-ül Amarə Qurtuluş döyüşündə qazandığımız Çanaqqaladan sonra ikinci böyük zəfərimizdir. Və beləcə Qut-ül Amarə zəfəri də tariximizdəki şərəfli yerini almışdır. İngilis imperatorluğunun eqosu isə böyük bir zərbə almışdır və bu səbəbdən on illərcə tarixi yaddaşlarının unutmadığı bir kabusları olmuşdur. İngilislərin dünya ictimaiyyətində və öz sömürgələrindəki sayqınlığı- prestiji iciddi bir şəkildə sarsılmışdır. 

Xəlil Paşa Bağdadın ingilis işğalından qorunması və qurtarılması üçün yola çıxmışdı. İngiltərə əsgərlərinin böyük əksəriyyətini müstəmləkəsi altındakı Hindistan, Pakistan, Bangladeşdən gətirdikləri birliklərdən təşkil edirdi. Bunların bir qisimi İngilislər tərəfindən aldadılmış olan müsəlman əsgərlər idi.

Noyabr, 1914-cü ildə Qut-ül Amarə cəbhəsini polkovnik Nurettin Paşa ilə Xəlil Kut Paşa birlikdə idarə edirdilər- yönətirdilər. Bir müddət sonra ordunun bütün idarəsi komandir Xəlil Paşaya təhvil verildi. Müasir və ağır silahlarla Osmanlı ordusuna hücum edən ingilis əsgərləri sayca çox olmalarına baxmayaraq, motivasiyası, mənəviyyatı yüksək olan, imanlı, inanclı və qərarlı Osmanlı Türk ordusu qarşısında ağır məğlubiyyətlər verməyə başlamışdır. Belə ki, zaman- zaman boğaz -boğaza, süngü -süngüyə bir boğuşmaq meydana gəlirdi. Hər hücumda ağır itgilər verən ingilis qüvvələri geri çəkilmək məcburiyyətində qaldı. O anları Xəlil Paşa bu ifadələri ilə izah edir: "Sipərlərimizə girən düşmən qüvvələri süngü- süngüyə boğazlaşmalarda son nəfərinə qədər məhv edildi, müharibə sərt, çətin mərhələlər keçirdi. Lakin cəbhəm sarsılmadı".

Xəlil Paşa xəstə olduğu halda hərəkatı xərək avtomobilində idarə edir və beləcə əsgərlərə mənəvi dəstək və motivasiya verərək ordunun mənəviyyatını yüksək tuturdu. Çadırda yatması, istirahət etməsi gərəkən Paşa, tam əksinə, bu xəstə halıyla özünü cəbhəyə ataraq bir qəhrəmanlıq və təqdirə layiq vətənsevərlik nümayiş etdirirdi. Qut-ül Amarəyə çəkilən ingilis birlikləri gözlədikləri silah, əsgər və qida yardımı ala bilməyincə daha çox itki vermək istəməyərək, Xəlil Paşanın təslim olun məktubuna müsbət cavab verərək təslim olmaq məcburiyyətində qaldılar. Qut-ül Amarədə ingilis ordusu heç gözləmədikləri bir məyusluq və məğlubiyyət yaşayırdı.

İNGİLİSLƏR RÜŞVƏT TƏKLİF EDİR

Xəlil Paşanın ilk təslim olun çağırışına rüşvət təklif edən İngilis General Tounşend Xəlil Paşanın şəxsinə 1 milyon ingilis sterlinqi vermək, əllərində olan 40 top və bütün silahları Osmanlı ordusuna təslim etmək istəyirdi. Bu təklifi rədd edən Xəlil Paşaya ikinci bir rüşvət təklifi daha edilir və bu dəfə pul iki qatına çıxardılaraq 2 milyon sterlinq olurdu. Bu iki məktubu gətirən şəxs, cəsusluğu ilə məşhur İngilis cəsusu Lavrance idi.

Xəlil Paşanın son dəfə qeydsiz-şərtsiz təslim olmaları lazım olduğunu bildirincə, ingilis general bütün əsgərləri və silahları ilə birlikdə Osmanlı əsgərinə təslim oldu. Osmalı ordusu 26 aprel 1914-ci il- tarixli zəfərini Kut bayramı olaraq elan etdi. İngilis ordusu 5 general, 300-dən çox zabit və 13.000 əsgəri ilə təslim olaraq tarixindəki ən böyük əsir hadisəsini yaşayırdı. Beləcə, yenilməz görünən İngilis orduları tarixin ən böyük və ən ağır məğlubiyyətini və əsirini Osmanlıya verirdi. 

Qut-ül Amarə cəbhəsi sanki var olmaq və yox olmaq mübarizəsinin verildiyi cəbhə idi. Və beləcə Bağdad İngilis işğalından xilas olmuş oldu. Bu cəbhədə Osmanlı ordusu 10.000 şəhid və minlərlə yaralı vermişdir. Əsir General Tounşendin xatirələrində bu qeyd edilir: "Osmanlı əsgərləri dini dəyərlər çox əhəmiyyət verirlər. Balkan savaşları zamanı bu əsgərlərin (ingilis ordusunu nəzərdə tutur) dini duyğuları zəiflədilmiş və dini təhsillərinə əhəmiyyət verilməmişlərdir. Aldıqları məğlubiyyətin səbəbi bundan qaynaqlanırdı. Bizim qarşımıza gələn Osmanlı- Türk ordusu isə dini baxımdan mükəmməl yetişdirilmişdir. Bu baximdan bizi məğlub etdilər. Dini duyğuları möhkəm olan Osmanlı ordularına qarşı döyüş qazanmaq mümkün deyil".

Kitabda ayrıca Qut-ül Amarə cəbhəsindən Qurtuluş döyüşünə gedən yolda verilən mübarizədə bir çox hadisənin pərdə arxasına açıqlıq gətirilir. Xəlil Paşa ayrıca bu mübarizə içində Tələt Paşa, Ənvər Paşa, Kazım Karabekirdən Mustafa Kamal da daxil olmaqla İngilis casusu Lawrenceyə qədər bir çox adamın bilinməyən əlaqələrini ilk dəfə bu xatirə kitabında izah edir. 

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası — FOTOLAR


Soldan: Mehmet Emin Yurdakul və Ömer Naci. Ayaq üstə olanlar soldan sağa: Xəlil Kut, Filibeli Hilmi bəy, Mustafa Necip bəy və əlində qamçı olan Yaqub Cəmil Bəy.

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası — FOTOLAR


Soldan Halil (KUT) Paşa 

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası — FOTOLAR


Ələ keçirilen Qut-ül Amarə qəsəbəsi

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası — FOTOLAR


Əsir alınan ingilislər

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası — FOTOLAR


Xəlil paşa əsir alınan ingilis generalları ilə

13 min ingilis əsgərini və beş generalını əsir alan Osmanlı Paşası — FOTOLAR
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR