Dərc edildi: Baxış sayı: 286
13 heyvan kəsimi məntəqəsində nöqsanlar aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb.
Ens.Az xəbər verir ki,bu barədə Axar.az-a qurumdan məlumat verilib.
Qeyd olunub ki, 18-19 iyul tarixlərində agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və İsmayıllı, Masallı, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət