Slimfit
  1. MƏDƏNİYYƏT

"125 istedadlı gənc Prezidentin xüsusi təqaüdünə layiq görülüb"

"125 istedadlı gənc Prezidentin xüsusi təqaüdünə layiq görülüb"
Sakura

"125 istedadlı gənc Prezidentin xüsusi təqaüdünə layiq görülüb"

Bu gün Beynəlxalq Muğam Mərkəzində Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub. SİA-nın məlumatına görə, festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində açılan əl işlərindən ibarət sərgiyə baxıblar. Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb: "1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci forumunun çağırılması, 1997-ci ildə isə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndərin gənclərə və gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il bu tarix Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkəmizdə Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, habelə istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət proqramları həyata keçirilir. Sevindirici haldır ki, yaradıcı gənclərin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi önəm verilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir. Son illər yeni bir ənənə formalaşıb, bu da öz innovativ yanaşmaları ilə seçilən gənclərin fəaliyyətidir. Mədəniyyət sahəsində çalışan gənclərin “ASAN xidmət”lə əməkdaşlıq etməsinə köməklik göstəririk. Məhz bunun nəticəsində bir neçə ildir ki, “ASAN xidmət”lə birgə “Gəncliyin səsi” festivalını reallaşdırırıq”.

Azərbaycanda gənclər siyasətinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən nazir qeyd edib ki, bu gün ölkəmizdə 125 istedadlı gənc dövlət başçısının xüsusi təqaüdünə layiq görülüb, onlar bu vəsaitlə öz yaradıcı imkanlarını daha da inkişaf etdirirlər. Bu gənclər sırasında beynəlxalq müsabiqələr laureatları, xarici ölkələrdə təhsilini davam etdirən gənclər də var. Bildirib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin və tamaşaların premyerasının keçirilməsi də nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vurğulayıb ki, bugünkü tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bariz nümunəsidir. Bildirib ki, artıq üç ildir bu festival Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilir: “Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir”.

Sonrda ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR