122 minə yaxın şagird birinci sinfə qəbul olub
122 minə yaxın birinci sinfə qəbul olunan şagirdin elektron qeydiyyatı başa çatıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şagirdlərin məktəbləri və müəllimləri artıq müəyyən edilib: "Növbəti aylarda şagirdlərin elektron müraciətini gözləyirik".
C.Bayramov bildirib ki, 5-ci və 9-cu siniflər üzrə lisey və gimnaziyalara qəbul avqust ayında keçiriləcək.
"Respublika fənn olimpiadalarının 3-cü, final mərhələsi mart ayının sonunda keçirilməli idi. 589 müxtəlif yaş qrupu üzrə şagirdin olimpiadada iştirakı iyun ayının 1-ci dövrünə planlaşdırılır. Olimpiada müxtəlif təhsil bazasında heç bir sıxlıq olmadan keçiriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət