Slimfit
  1. PSİXOLOGİYA

12 lazımsız xüsusiyyət

12 lazımsız xüsusiyyət
Sakura

12 lazımsız xüsusiyyət

  1. Doğru olduğunuzu hər zaman sübut etmək ehtiyacından azad olun. Aramızda bir çoxları hətta gözəl münasibətlərin dağılma təhlükəsi olduqda belə zərər verərək və stress yaradaq barışa bilmir və fərqli baxışı qəbul edə bilmir. İnanın ki, o buna dəyməz.
  2. Nəzarəti buraxın. Bizimlə baş verən hər şeyi (vəziyyət, hadisələr, insanlar və s.) daim nəzarətdə saxlamaq ehtiyacından imtina etməyə hazır olun. Yaxınlarınız, həmkarlarınız və ya küçədəki yad insanlar olsa belə onlara olduqları kimi olmağa imkan verin.
  3. Günahlandırmaq hissindən azad olun. Sizin nəyə sahib olduğunuz və ya olmadığınıza, nə hiss edib etmədiyinizə görə başqalarını günahlandırmaq ehtiyacından azad olun. Enerjinizi boş yerə sərf etməyi dayandırın və həyatınıza görə tam məsuliyyət üzərinizə götürün.
  4. Özünüzlə neqativ söhbəti dayandırın. Bir çox insanlar neqativ fikirlər və emosiyaların həyatlarını idarə etməyə icazə verdikləri üçün özlərinə zərər verirlər. Sizin məntiqi ağlabatan beyninizin dediyi hər şeyə etibar etməyin.
  5. Daim hər şeyə - insanlara, vəziyyətə, bizi qəmgin, bədbin və məzlum edən hadisələrə şikayətlənmək ehtiyacından azad olun. Heç kim sizi bədbəxt və ya xoşbəxt edə bilməz, bunu ancaq özümüz edə bilərik.
  6. Tənqiddən imtina edin. Sizdən fərqli olan və ümidlərinizi doğrultmayan insanları tənqid etməyi dayandırın.
  7. Başqalarını təəccübləndirmək ehtiyacından azad olun. Özünüz kimi olmamağa çalışmayın. Maskanı çıxarın, özünüzü olduğunuz kimi sevin və qəbul edin.
  8. Dəyişikliklərə müqavimət göstərməyi dayandırın. Dəyişikliklər normaldır, irəliyə getmək üçün onlar bizə lazımdır. Dəyişikliklər bizi, həyatımızı və ətrafdakıların həyatınızı yaxşılığa doğru dəyişir. Onlarsız sadəcə darıxdırıcı olardı. Dəyişikliklər bizə daha yaxşı tərəfə doğru dəyişməyimizə imkan verir.
  9. Keçmişi buraxın. Bəli, bu çətindir. Xüsusilə keçmiş hazırki dövrdən daha yaxşı olanda və gələcək üçün qorxanda çətin olur. Yaxud keçmiş elə təsəvvür olunur ki, onu silmək və yeni həyata başlamaq istəyirsiniz. Hər kəs bu faktı qəbul etməlidir ki, keçmiş bizə təcrübə üçün verilib, reallıq isə bizim sahib olduğumuzdur.
  10. Qorxulardan azad olun. Qorxu – ancaq illüziyadır, o möcvud deyil – biz onu özümüz yaratmışıq. Bu ancaq bizim beynimizin təxəyyülüdür.
  11. Bəhanələri dayandırın. Ən çox biz özümüzün qarşımızda çoxlu sayda bəhanələrin ucbatından özümüzü məhdudlaşdırırıq və ruhi inkişafımızı dayandırırıq.
  12. Başqalarından nəsə gözləməklə yaşamağı dayandırın. İnsanların çoxu ona məxsus olmayan həyatla yaşayır, bu həyat onlara məxsus deyil. Onlar başqalarının onlar üçün yaxşı olduğuna görə yaşayırlar, valideyn, dost, müəllim, hökumət və cəmiyyətin onlardan gözlədiklərini edirlər. Onlar özlərinin daxili səsinə laqeyd olurlar. Onlar başqalarının ümidlərinin reallaşması ilə o qədər məşğuldurlar ki, öz həyatları üzərindəki nəzarəti itirirlər. Onlara nəyin xoşbəxtlik bəxş etdiyini, özlərinin həqiqətən nə istədiklərini də unudurlar. Nəticədə onlar özlərinin əsl təbiətini unudurlar. Yadda saxlayın ki, sizin həyatınız indi və burada baş verir. Öz daxili səsinizə qulaq asın və başqalarının fikrinin Sizi əsl yolunuzdan yayındırmağa imkan verməyin.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR