Dərc edildi: Baxış sayı: 745
Komaya düşən kişi 12 il sonra özünə gəlib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 12 il əvvəl qəzaya düşərək komaya girən kişi ayılanda anası başının üstündə olub.
Anasının başı üstündə onun ayılmağını gözlədiyini görən Wang Shubao gözyaşlarına hakim ola bilməyib.
75 yaşlı qadın Wei Mingying oğlunun 10 ildən çox çəkən müalicəsi üçün 17 min dollardan çox borca girib.
Beijing News-a açıqlama verən qadın bildirib ki, 12 il ərzində oğlunu tək qoymayıb. Hətta onun aylarla ac olduğu vaxtlar da olub.
"Bəzi günlər var idi ki, ac qalırdım. Çox kasıb idik. Yemək almağa imkanım çatmırdı"
Qeyd edək ki, 2006-cı ildə Wang Shubao Çinin Şandon vilayətində qəzaya düşərək komaya girib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət