Slimfit
  1. DÜNYA

111 yaşlı kişi uzunömürlülüyün sirrini açır: “Yaxşı döyüşçüyəm”

111 yaşlı kişi uzunömürlülüyün sirrini açır: “Yaxşı döyüşçüyəm”
Sakura

111 yaşlı kişi uzunömürlülüyün sirrini açır: “Yaxşı döyüşçüyəm”

Britaniyalı Bob Ueyton dünən 111 yaşını qeyd edib. O, ad gününü Alton şəhərindəki qocalar evində yaxınları, dostları ilə keçirib.

Bizimyol.info xəbər verir ki, Ueyton Böyük Britaniyanın ən yaşlı adamı sayılır. Hətta hər ad günündə kraliça Yelizaveta adından ona hədiyyə də göndərilir. Hərçənd, bu, Bobun xoşuna gəlmir. Davranışı səmimi saymır. Çünki hədiyyəni Yelizaveta seçmir, sadəcə, dövlət adından göndərirlər. Üstəlik, Ueyton ona hədiyyə alınmasını artıq xərc sayır.

Bob Ueyton

Bob uzunömürlülüyün sirri haqda suala zarafatla cavab verib. Deyib ki, sirr hər yolla ölümdən qaçmaqdadır. Bu, Ueytona asan başa gəlməyib. Dəfələrlə əməliyyat keçirib, malyariyaya tutulub, ölümlə çox üz-üzə qalıb: “Mən çoxdan ölməliydim. Sadəcə, yaxşı döyüşçüyəm”.

Britaniyalının dediyinə görə, bu illər ərzində dünyanın yaşam qaydaları çox dəyişib. Amma bunu insanlar haqda demək olmaz. Onlar elə əvvəlki kimidirlər. Bob səyahət etmək imkanlarının genişləndiyini qeyd edir və bunu inkişaf sayır. Böyük Britaniyanın ən yaşlı adamının iki oğlu, qızı, 10 nəvəsi və 25 nəticəsi var.

Ueyton mümkün qədər fəal olmağa çalışır. Yemək hazırlayır, ərzaq mağazasına özü gedir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR