Dərc edildi: Baxış sayı: 542
104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi
İkinci Dünya müharibəsi veteranı, 104 yaşlı amerikalı Vilyam Lepşis ad günündə koronavirusu məğlub etdi.
Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, V.Lepşis koronavirusa Oreqon ştatının veteranlar evində yoluxub.
Xəstəliyin ilk simptomlarını martın 5-də hiss edən veteran bir aydan az müddətdə COVİD-19-dan tamamilə müalicə olunub. Aprelin 1-də isə V.Lepşis 104-cü ad günün qeyd edib. Onun qohumlarından biri V.Lepşisin İspan qripindən, ABŞ-dakı böyük depressiyadan və İkinci Dünya müharibəsindən salamat çıxmağı bacardığını vurğulayıb.
Bildirilir ki, Oreqon ştatının veteranlar evində 15 koronavirusa yoluxma halı qeydə alınıb, iki nəfər dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət