Slimfit
  1. İQTİSADİYYAT

103 mindən çox şəxs münasib işlərlə təmin edilib

103 mindən çox şəxs münasib işlərlə təmin edilib
Sakura

103 mindən çox şəxs münasib işlərlə təmin edilib

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 028 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Ötən il ərzində nazirliyin xətti ilə ümumilikdə 3400-ə yaxın şəxs (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 3168 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər) peşə hazırlığına cəlb olunub. 

Qeyd olunan dövrdə Xidmət tərəfindən 135 minədək gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar verilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü xidməti göstərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR